Ərdoğan və Zelenski koronavirusla mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edib02 Aprel 2020, 10:15 (GMT +4) Bakı, 2 aprel, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı keçirilib.
SalamNews bu barədə "Anadolu"ya istinadən xəbər verir.
Məlumata görə, telefon söhbətində ikitərəfli münasibətlər və regional məsələlər, xüsusən yeni növ koronavirusla (COVID-19)mübarizədə əməkdaşlıq məsələləri müzakirə edilib.
|