Tramp Rusiyadan gələn tibbi yardımı "Putinin gözəl jesti" adlandırıb03 Aprel 2020, 09:20 (GMT +4) Bakı, 3 aprel, SalamNews. ABŞ prezidenti Donald Tramp Rusiyadan gələn humanitar yardımı Rusiya lideri Vladimir Putinin "gözəl jesti" adlandırıb. RİA "Novosti" bu barədə ABŞ prezidentinin brifinqdəki çıxışına istinadən xəbər verir.
SalamNews xəbər verir ki, Tramp bildirib ki, Rusiya ABŞ-a çox sayda insanın həyatını xilas etməyə kömək edəcək yüksək keyfiyyətli tibbi avadanlıqlar verib.
Rusiya Nyu-Yorka bir təyyarə humanitar yardım göndərib. Təyyarədə süni nəfəs aparatları (IVL), maskalar, respirator və tibbi avadanlıqlar olub.
Yükün ümumi çəkisi 60 ton olub.
|