Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Sığorta xidmətləri onlayn qaydada göstərilir

03 Aprel 2020, 17:51 (GMT +4)

Bakı, 3 aprel, SalamNews. Sığorta mütəxəssisi Nicat Əlibəyli yeni növ koronavirusla (COVID-19) əlaqədar olaraq, yaranmış vəziyyətdə sığorta xidmətlərinin göstərilməsi barədə məlumat verib və vətəndaşlara müraciət edib.

Nicat Əlibəyli SalamNews-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə dövlət başçısının rəhbərliyi altında COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə mühüm tədbirlər görülməkdədir. Bu istiqamətdə atılan addımlar və qəbul edilən qərarlara ciddi yanaşmaq, beynəlxalq və yerli qurumların göstərişlərinə əməl etmək son dərəcə önəmlidir.

Son aylarda bütün dünyaya sürətlə yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsini nəzərə alaraq, ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə sosial həmrəylik nümayiş etdirməyin tam zamanıdır.

Ekspertin sözlərinə görə, yaranmış qlobal təhlükə ilə mübarizə tədbirlərinə uyğun olaraq, bir çox sahələrdə olduğu kimi, sığorta sektorunda da müştərilərə onlayn xidmətlərin göstərilməsi aktualdır. Belə ki, hazırda avtomobillərin icbari sığortasının onlayn qaydada yazılması və ödənilməsi də mümkündür. Bu mənada xəstəliyin yayılma riskinin azaldılması məqsədilə sürücülərdən xahiş olunur ki, zərurət yarandığı təqdirdə heç bir yerə getmədən, heç kimə müraciət etmədən avtomobillərinə sığortanı da onlayn qaydada alsınlar. Onlar www.dostsigorta.az saytına daxil olaraq, avtomobillərini onlayn platformada sığortalaya bilər, plastik ödəniş kartı və ya “MilliÖn” terminalları vasitəsilə ödəniş edə bilərlər. www.dostsigorta.az saytının əlaqə nömrələrinə zəng vuraraq daha ətraflı məlumat əldə etmək olar.
Sonda isə bir daha vətəndaşlara müraciət edərək, onları ciddi ehtiyac olmadıqca küçəyə çıxmamağa, evdə qalaraq özünütəcrid tədbirlərinin qaydalarına əməl etməyə çağırıram.

Düşünürəm ki, hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməli, yalnız öz ailəsi və doğmaları üçün deyil, bütövlükdə cəmiyyət və dünyanın gələcəyi naminə bütün tələblərə riayət etməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sığorta eksperti Nicat Əlibəyli yeni vəzifəyə təyin edilib

27 May 2020, 18:03 (GMT +4)
Daha bir marşrut xəttinə "BakuBus" avtobusları buraxılacaq

27 May 2020, 17:33 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

27 May 2020, 17:01 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin ərazisində “Bazarstore” açılıb

27 May 2020, 16:55 (GMT +4)
Tramp Twitter-i saxtakarlıqda ittihamlandırıb və sosial şəbəkələri bağlamaqla hədələyib

27 May 2020, 16:25 (GMT +4)
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

27 May 2020, 16:17 (GMT +4)
ABŞ Əfqanıstandakı qüvvələrinin sayını 8,600-ə endirib

27 May 2020, 16:06 (GMT +4)
Azərbaycan 19 iranlı məhkumu öz ölkəsinə təhvil verib

27 May 2020, 15:24 (GMT +4)
Husilərin raket zərbəsində Səudiyyənin dəstəklədiyi hökumət ordusunun baş qərargah rəisi yaralanıb

27 May 2020, 15:03 (GMT +4)
DTX Respublika Gününə həsr olunmuş videokompozisiya hazırlayıb 

27 May 2020, 14:45 (GMT +4)
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb

27 May 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 56 nəfər ölüb

27 May 2020, 14:10 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

27 May 2020, 14:00 (GMT +4)
Bakıda evdə 84 yaşlı kişinin meyiti tapılıb

27 May 2020, 13:20 (GMT +4)
İsrail Livanın quru və hava məkanını pozub

27 May 2020, 13:07 (GMT +4)
Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

27 May 2020, 12:36 (GMT +4)
Bakıda avtomobil divara çırpılıb (FOTO)

27 May 2020, 12:31 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib, yaralananlar var - KİV

27 May 2020, 12:21 (GMT +4)
Lənkəranda zəlzələ olub

27 May 2020, 12:05 (GMT +4)
Adil Əliyev: Azərbaycana dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar

27 May 2020, 11:56 (GMT +4)
Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

27 May 2020, 11:26 (GMT +4)
Hizbullah lideri «böyük müharibədən və qarşı tərəfin sonu»ndan danışıb

27 May 2020, 11:06 (GMT +4)
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər

27 May 2020, 11:00 (GMT +4)
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

27 May 2020, 10:27 (GMT +4)
İranda seçkilərdən sonra 11-ci parlament işinə start verib

27 May 2020, 10:22 (GMT +4)
Fransa Prezidenti İlham Əliyevə məktub göndərib

27 May 2020, 09:54 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb (VİDEO)

27 May 2020, 08:44 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın ikinci neft tankeri də Venesuelaya çatıb (FOTO)

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66