Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

04 Aprel 2020, 17:00 (GMT +4)

Bakı, 4 aprel, SalamNews. Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb. Bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək.

Bu barədə SalamNews-a DMX-dən məlumat verilib.

Bildirilib ki, bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də müvafiq indeks və əcnəbinin şəxsiyyətini təsdiq edən məlumat göstərilməlidir.

Əcnəbilərin barədə zəruri məlumatlar aşağıdakılardır:

- müvəqqəti və ya daimi yaşayanlar üçün – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);

- müvəqqəti olma müddəti uzadılmışlar üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);

- olduğu yer üzrə qeydiyyata alınanlar üçün – olduğu yer üzrə qeydiyyat barədə bildirişin (qeydiyyatın) nömrəsi.

Olduğu yer üzrə qeydiyyata alınan, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilən əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən “müraciətlərin izlənilməsi” elektron xidmətindən (https://eservice.migration.gov.az/public/application-track) istifadə edə bilər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir.

Müvəqqəti və daimi yaşama icazəsi verilən, lakin icazə vəsiqələrini əldə edə bilməyən şəxslər qanunvericilikdə nəzərdə tutulan dövlət rüsumunu ödədikdən sonra müvafiq vəsiqələrin seriya və nömrələri onların elektron poçt ünvanına göndəriləcək.

Qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yarada, həmçinin suallarını Xidmətin “facebook” hesabına göndərə bilərlər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

DMX rəisi: "Ötən il 145 nəfər xarici ölkələrdən Azərbaycana readmissiya olunub"

DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

DMX əcnəbilərə müraciət edib

DMX əcnəbilərə müraciət edib

DMX rəisi vətəndaşların videoqəbulunu keçirib

DMX əcnəbilərə müraciət edib

DMX-nin sabiq rəisi Firudin Nəbiyev dünyasını dəyişib

DMX əcnəbilərə müraciət edib

DMX: Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin icazə müddəti 60 gün uzadılır

DMX-nin Çağrı mərkəzinə ötən ay 34.574 zəng daxil olub

DMX yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

DMX rəisi: Deportasiya prosesi dayandırılıb

DMX-nın Çağrı Mərkəzinə apreldə 52 min 848 zəng daxil olub

DMX bu ilin I rübü üzrə statistik məlumatları açıqlayıb

DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayırıb

DMX 2014-cü ildən bu günə qədər olan readmissiya sayını açıqlayıb

31 İyul 2021, 17:00 (GMT +4)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

31 İyul 2021, 16:45 (GMT +4)
Bakıda iki avtomobil toqquşub, ölən var

31 İyul 2021, 16:40 (GMT +4)
Gürcüstanda son sutkada COVID-19-a yoluxanların sayı 3 mindən çox olub

31 İyul 2021, 16:35 (GMT +4)
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

31 İyul 2021, 16:24 (GMT +4)
İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

31 İyul 2021, 16:23 (GMT +4)
Prezident Ərdoğan meşə yanğınınlarının baş verdiyi bölgələri ziyarət edəcək 

31 İyul 2021, 16:15 (GMT +4)
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

31 İyul 2021, 16:00 (GMT +4)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 15:50 (GMT +4)
AÇG və “Şahdəniz”dən 567 mln tondan çox neft hasil edilib

31 İyul 2021, 15:43 (GMT +4)
Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

31 İyul 2021, 15:40 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

31 İyul 2021, 15:30 (GMT +4)
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

31 İyul 2021, 15:27 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 246-ya çatıb

31 İyul 2021, 15:15 (GMT +4)
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb

31 İyul 2021, 15:02 (GMT +4)
Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

31 İyul 2021, 15:00 (GMT +4)
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

31 İyul 2021, 14:50 (GMT +4)
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

31 İyul 2021, 14:44 (GMT +4)
Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

31 İyul 2021, 14:40 (GMT +4)
Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:30 (GMT +4)
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib

31 İyul 2021, 14:24 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan yanğınların söndürülməsinə kömək üçün 102 nəfər gəlib

31 İyul 2021, 14:20 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb

31 İyul 2021, 14:11 (GMT +4)
Tokio-2020: Çin medal sıralamasına liderlik edir

31 İyul 2021, 14:10 (GMT +4)
MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

31 İyul 2021, 14:00 (GMT +4)
Yarım ildə Azərbaycanda 3,3 milyon ton neft emal edilib

31 İyul 2021, 13:52 (GMT +4)
Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:38 (GMT +4)
Müəmmər Qəddafinin oğlu son 10 ildə ilk dəfə olaraq kamera qarşısına çıxıb (FOTO)

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66