AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək04 Aprel 2020, 14:30 (GMT +4) Bakı, 4 aprel, SalamNews.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003-Çağrı Mərkəzi yeni elektron sistemin tətbiqi ilə əlaqədar bu gün saat 18:00-dan 21:00-dək fasilələrlə öz fəaliyyətini davam etdirəcək.
Bu barədə SalamNews-a agentlikdən məlumat verilib.
Vətəndaşlar mövcud vəziyyəti nəzərə almaqla, həmin müddət ərzində müraciətlərini onlayn şəkildə agentliyin rəsmi saytı (www.afsa.gov.az) və ya qurumun rəsmi "Facebook" səhifəsi vasitəsilə (facebook.com/afsa.gov.az) göndərə bilərlər.
|