İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb04 Aprel 2020, 14:12 (GMT +4) Bakı, 4 aprel, SalamNews, B.Samid. İranda indiyə qədər 55,743 nəfər koronavirusa yoluxub və bu xəstələrdən 19,736 nəfər sağalıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur deyib.
İran rəsmisi bildirib ki, son sutkada ölkədə daha 2,560 nəfər koronavirusa yoluxub və bu rəqəm ümumilikdə 55,743-ə çatıb.
K.Cahanpurun sözlərinə görə, yoluxanlardan 19,736 nəfəri sağalıb.
Onun sözlərinə görə ölkədə Covid-19 virusundan ölənlərin sayı 3452-ə çatıb.
|