Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Elvin Abbasov: İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır

05 Aprel 2020, 15:15 (GMT +4)

Bakı, 5 aprel, SalamNews. “İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır”.

Bunu SalamNews-a iş adamı Elvin Abbasov bildirib.

Bəlaya çevrilmiş “Covid-19” koronavirus pandemiyası ilə əlaqədar ünsiyyət formasının onlayn formatına keçməsi yeni dünya düzəninin ştrixlərini cızmaqdadır. Əslində inkişaf etmiş ölkələrin əksəriyyəti onlayn əlaqənin, alış-verişin, sifarişlərin, iqtisadi münasibətin qurulmasında mühüm rol oynayır. Bu münasibətlərin qurulmasında İT şirkətlərinin və orada çalışan mütəxəssislərin böyük rolu var. Bu gün “Covid-19” koronavirus pandemiyası göstərdi ki, Azərbaycanda da bu xidmət növü ciddi şəkildə inkişaf etdirilməli, o cümlədən kritik bir vəziyyətdə İT şirkətlərinin və əməkdaşlarının işinə yaşıl işıq yandırılmalıdır. Qoyulan qadağalara rəğmən bu sahənin əməkdaşlarının fəailiyyətinə geniş imkanlar tanınmalıdır. 

İT üzrə şirkət sahibi olan iş adamı Elvin Abbasov həmçinin qeyd edib ki, inkişaf etmiş bir çox sivil ölkələrdə İT-nin fundamental bazası hazırki fövqəladə vəziyyətdə bütün sahələrdə onlayn iş rejiminə keçməyə imkan verdi.

"Ölkəmizdə də bir çox sahələr onlayn xidmət göstərə bilir.  Amma bəzi istiqamətlərdə hələ də görüləcək ciddi işlər var. Nazirlər Kabineti yanında Operativ Qərargaha bildirərdim ki, tibb və hüquq-mühafizə orqanlarının işçiləri qədər İT şirkətlərinin əməkdaşlarına da zəruri ehtiyac var. Nəzərə alsaq ki, bir çox İT şirkətləri əksər dövlət qurumlarının texniki baxımından iş prinsipini qurur və yaxud texniki dəstək verir, onda bu zərurətin nə qədər əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Təbii ki, İT şirkətləri barədə belə bir fikir mövcuddur ki, onlar hər zaman uzaqdan ( Remote) işləyə bilərlər. Amma təəssüf ki, çox vaxt bu mümkün olmur. Bəzən baş verən hər hansı bir texniki nasazlıq ucbatından avadanlıqlara yerində mudaxilə etmək məcburiyyəti yaranır. Ona görə operativ qərargahdan xahiş edirik ki, dövlət qurumları ilə əməkdaşlıq edən İT şirkətlərində çalışan şəxslərə Bakı şəhəri, o cümlədən respublika ərazisi daxilində hərəkət imkanlarına məhdudiyyət qoymasın”, deyə E. Abbasov bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66