Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib06 Aprel 2020, 12:16 (GMT +4) Bakı, 6 aprel, SalamNews. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə “Azərbaycan Gülüş Liqası (“Азербайджанская Лига Смеха”) populyar yumoristik layihəsi ölkəmiz üçün bu çətin günlərdə koronavirusa yox deyərək, əhaliyə nikbin əhval-ruhiyyə bəxş edən “Evdə qal, Pozitiv ol!” klipini hazırlayıb.
Baş İdarədən SalamNews-a verilən məlumata görə, bu klip ölkəmizdə #evdeqal çağırışına bir dəstək verərək, karantin günlərində darıxanlara evdə məşğul olacaq faydalı ideyalara ipucu verir, həm də zamanımızı gülərək pozitiv keçirməyə dəvət edir.
Klipi bu keçiddən izləyə bilərsiniz: https://youtu.be/jLd-FazdWDw
|