Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

07 Aprel 2020, 16:00 (GMT +4)

Bakı, 7 aprel, SalamNews. Karantin dövründə biznes nümayəndələrinə dəstək vermək məqsədilə “Caspian European Club” öz resurslarında və sosial şəbəkələrdə birbaşa yayım rejimində “Online business training” təşkil edəcək.

Bu barədə SalamNews-a “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

T.Əliyevin sözlərinə görə, bu gün “Online business training”in keçirilməsi olduqca aktualdır. Belə ki, biznes nümayəndələri ciddi çətinliklərlə qarşılaşıb, onların böyük əksəriyyəti personal və biznesi məsafədən idarə etməyə uyğunlaşmalıdırlar. “Online business training” IT, insan resursları, miqrasiya, vergi, gömrük, onlayn-ticarət və digər sahələrin aparıcı biznes-təlimçi, hüquqşünas, ekspertləri tərəfindən həftədə üç dəfə keçiriləcək.

Aprelin 6-da saat 20:00-da təşkil olunacaq birinci “Online business training” onlayn-ticarət mövzusuna həsr olunacaq. Treninqi “Cubics Technology “şirkətinin biznesin inkişafı üzrə direktoru Çingiz Piri-zadə aparacaq. Çərşənbə günü, aprelin 8-də tanınmış biznes-təlimçi İlham Əfəndiyev biznes nümayəndələrinə böhran dövründə səmərəli satış barədə məlumat verəcək. Treninqlər həftəsinə cümə günü, aprelin 10-da “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin baş direktoru Şaiq Mirzəyev yekun vuracaq. O, karantin dövründə vətəndaş-hüquq normalarının tətbiqi barəsində danışacaq.

“Online business training” “Caspian European Club” tərəfindən beynəlxalq biznes-netvorkinq üçün yaradılmış yeni formatdır. Tədbir çərçivəsində dövlət və özəl şirkət və təşkilatların top-menecerləri tərəfindən treninq, seminar və master-klass təşkil olunur. “Online business training” çərçivəsində şirkətlərin canlı efir vasitəsilə onları maraqlandıran suallar ünvanlamaq və cavab almaq, COVID-19 koronavirus pandemiyası dövründə şirkətlərin qarşılaşdıqları problemlərin həlli üçün hazır reseptlər əldə etmək imkanı qazanırlar.

“Online business training”in cədvəli ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: http://caspianenergyforum.com/mail/

Biznes-treninqlər “Caspian European Club”un rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/caspianenergy/) keçiriləcək.

Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda yerləşir. “Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Caspian European Club” rebrendinq keçirir

Caspian European Club Anar Cəbrayıllının iştirakı ilə Online Round Table keçirib

Caspian European Club Zakir Fərəcovun iştirakı ilə B2G Online forumu keçirib

Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

Caspian European Club növbəti onlayn B2G forum keçirib

Caspian European Clubun yeni strukturunun təqdimatı keçirilib

Caspian European Club Vüsal Hüseynovun iştirakı ilə online B2G forum keçirib

Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum təşkil edib

Caspian European Club onlayn B2B FMCG forum təşkil edib

"Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Caspian European Club iki tematik Onlayn B2B Forum təşkil edib

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

Caspian European Club-un ilk ümumi onlayn iclası keçirilib

Caspian European Club müvəqqəti onlayn rejimdə fəaliyyət göstərəcək

Caspian European Club B2B Forum təşkil edib

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

“Caspian European Club” Gürcüstan-Azərbaycan biznes forumunda iştirak edib

Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib

Caspian European Club biznes-tur təşkil edib

Caspian European Club biznes-tur təşkil edib

02 Dekabr 2020, 13:05 (GMT +4)
Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək

02 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

02 Dekabr 2020, 12:55 (GMT +4)
Tramp seçkilərdən sonra 170 milyon dollar ianə toplayıb

02 Dekabr 2020, 12:50 (GMT +4)
DİN: Son bir həftədə ictimai nəqliyyatda maska taxmayan 747 nəfər cərimələnib

02 Dekabr 2020, 12:40 (GMT +4)
Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

02 Dekabr 2020, 12:33 (GMT +4)
Co Bayden İranla əldə edilmiş nüvə sazişinə qayıtmağı yenidən dilə gətirib

02 Dekabr 2020, 12:30 (GMT +4)
Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb

02 Dekabr 2020, 12:23 (GMT +4)
Gürcüstanda son sutkada 4043 nəfər koronavirusa yoluxub

02 Dekabr 2020, 12:20 (GMT +4)
Azərbaycan və Türkiyə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

02 Dekabr 2020, 12:10 (GMT +4)
DİN vətəndaşlara müraciət edib

02 Dekabr 2020, 12:00 (GMT +4)
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib

02 Dekabr 2020, 11:58 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 64,1 milyonu keçib

02 Dekabr 2020, 11:45 (GMT +4)
Müdafiə Nazirliyi bir qrup hərbçinin tərxisi ilə bağlı vətəndaşlara müraciət edib

02 Dekabr 2020, 11:36 (GMT +4)
Kabildə partlayış nəticəsində Rusiya səfirliyinin bir neçə işçisi xəsarət alıb

02 Dekabr 2020, 11:30 (GMT +4)
Təhsil Nazirliyi: Yeni dərsliklər Sinqapur modelli olacaq

02 Dekabr 2020, 11:24 (GMT +4)
BMT: Dünyada köləlikdə olan 40 milyondan çox insan var

02 Dekabr 2020, 11:15 (GMT +4)
Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq vebinarda iştirak edib

02 Dekabr 2020, 11:00 (GMT +4)
XİN fransalı deputatların Qarabağa səfər edəcəyi ilə bağlı yazılanlara münasibət bildirib

02 Dekabr 2020, 10:45 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

02 Dekabr 2020, 10:41 (GMT +4)
İranlı nüvə aliminə qarşı terrorda istifadə edilən silah müəyyən edilib (FOTO)

02 Dekabr 2020, 10:30 (GMT +4)
DANX: İşğaldan azad olunmuş rayonlarda nəqliyyat infrakstrukturunun yenidən qurulması əsas prioritetlərdəndir

02 Dekabr 2020, 10:18 (GMT +4)
ÜST: Dünyada son həftədə COVID-19-a yoluxanların sayı 4 milyona çatıb 

02 Dekabr 2020, 10:15 (GMT +4)
Sumqayıtda mənzildə qadın meyiti aşkarlanıb

02 Dekabr 2020, 10:00 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

02 Dekabr 2020, 09:58 (GMT +4)
İsraildə iki hücum həyata keçirilib, ölənlər var

02 Dekabr 2020, 09:48 (GMT +4)
Bayden Maliyyə naziri postuna namizədini təqdim edib

02 Dekabr 2020, 09:45 (GMT +4)
İƏT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib

02 Dekabr 2020, 09:30 (GMT +4)
“Döyüşdə fərqlənməyə görə” medalının əsasnaməsi təsdiqlənib

02 Dekabr 2020, 09:22 (GMT +4)
İran Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazır olduğunu bildirib

02 Dekabr 2020, 09:15 (GMT +4)
Ceyhun Bayramovun qətərli həmkarı ilə telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66