Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

08 Aprel 2020, 16:44 (GMT +4)

Bakı, 8 aprel, SalamNews. Koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq çoxşaxəli tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin, aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaqraq səhər və axşam saatlarında küçə və prospektlərin xüsusi kimyəvi vasitələr və yeni yuyucu gel vasitəsi ilə yuyulması aparılır.

Gündə 2 dəfə departamentin balansında olan 11 400-dən cox yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Dezinfeksiya və maarifləndirmə işləri paytaxtın qəsəbələrində də aparılır.

Bu işlərin vaxtaşırı olaraq paytaxtdakı 2000-dən cox kooperativ binaların və yaşayış komplekslərində də aparılması təmin edilir.

Ərazidəki tibbi-profilaktiki işlərlə yanaşı, Bakı Şəhər Ticarət və Xidmət Departamenti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları tərəfindən paytaxtdakı idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə qulluq göstərilir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər sulanır.

Paytaxt rayonları İcra Hakimiyyətlərinin əməkdaşları, rayonlarda yaradılan Operativ Qərargahların üzvləri, könüllülər və hüquq-mühafizə orqanları əməkdaşları ərazidə mütəmadi reydlər keçirərək vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, ehtiyac yarandıqda isə elektron icazə alınması qaydasında çıxa biləcəkləri barədə məlumatlandırır, Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işləri aparırlar.

Həmçinin RİH-ləri, bələdiyyələr, könüllülər tərəfindən yaşı 65-dən yuxarı, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır, onlara ərzaq yardımları çatdırılır, lazımi sosial xidmətlər göstərilir.

Bütün təbliğat, maarifləndirmə, dezinfeksiya və yardımların göstərilməsi gündəlik davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Gəmilər müəyyənləşdirilmiş qrafik üzrə dezinfeksiya olunur

Bakıda gücləndirilmiş dezinfeksiya işləri görülür (FOTOLAR)

Sabah Bakıda 200-dən artıq əsas küçə və prospekt dezinfeksiya olunacaq

Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır (FOTOLAR)

Səbaildə 34 mindən çox sakinin yaşadığı 264 çoxmənzilli yaşayış evi dezinfeksiya edilib

"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb

Xırdalanda genişmiqyaslı dezinfeksiya işləri görülüb

ASCO-da dezinfeksiya işləri davam edir  

Ukraynadan Azərbaycana qanunsuz şəkildə dezinfeksiyaedici vasitələr gətirməyə çalışanlar saxlanılıb

Bakıda ticarət mərkəzləri və bazarlar dezinfeksiya edilir (FOTOLAR)

Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb

Bakıda insanların sıx toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

25 May 2020, 10:55 (GMT +4)
Dünyada neftin qiymətləri yüksəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66