Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Çaylarda yaz-yay gursululuq dövründə gözlənilən sululuq açıqlanıb

09 Aprel 2020, 16:14 (GMT +4)

Bakı, 9 aprel, SalamNews.2020-ci ilin mart ayında qarölçmə işlərini aparmaq məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən Böyük və Kiçik Qafqazın dağ və dağətəyi zonalarının çay hövzələrində 28 marşrut üzrə ekspedisiyalar təşkil olunub. Qarölçmə işləri zamanı hər bir marşrutda qar örtüyünün hündürlüyü və qarın miqdarı​ təyin olunduqdan sonra qarın sıxlığı və sululuğu müəyyən edilib.

SalamNews xəbər verir ki, Qarölçmə işlərinin nəticələrinə əsasən ​ bu il Böyük Qafqaz çaylarının hövzələrində qarda olan sululuq çoxillik normanın 69-84 faizini (2019-cu ildə normanın 68-115 faizini), Kiçik Qafqaz çaylarının hövzələrində isə normanın ​78-83 faizini (2019-cu ildə normanın 110-121 faizini) təşkil edib.

Aparılan kompleks təhlillərə görə, bu ilin aprel-iyun ayları üçün gursululuq dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına gözlənilən axımın çoxillik normanın 55-67, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 52-79, Araz çayından Araz su anbarına gözlənilən axımın isə normanın 45-65 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın yerli çayları üzrə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) və şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında sululuğun çoxillik normaya yaxın və az (81-102 faiz), Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl), Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az (42-80 faiz) olacağı gözlənilir.
Bu da respublika çaylarında ​ ötən il ​ gursululuq dövrü zamanı müşahidə olunan az sululuqla səciyyələnən vəziyyətə yaxındır.

Bununla yanaşı, hər il olduğu kimi yaz-yay gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar ​nəticəsində ​ Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, yaz-yay gursululuğuna dair hər il mütəmadi olaraq hazırlanan hidroloji proqnoz müxtəlif məqsədlərlə sudan istifadənin daha səmərəli planlaşdırılmasına, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsinə, əhalinin, energetikanın, kənd təsərrüfatının su təchizatının balanslı təşkil edilməsinə xidmət göstərir.
Ölkəmizin çaylarında gursululuq dövrünün axımı əsasən çay hövzələrində (1000-3500 metr yüksəklik zonasında) qış dövrü ərzində toplanan qar ehtiyatları və yaz yağıntıları hesabına formalaşır. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri Milli Hidrometeorologiya Departamentində treninq keçiriblər

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

25 May 2020, 10:55 (GMT +4)
Dünyada neftin qiymətləri yüksəlib

25 May 2020, 10:32 (GMT +4)
Ermənilər sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub

25 May 2020, 10:20 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66