Tramp: Ölkə koronavirusla bağlı vəziyyətin normala dönməyə başladığı ana yaxınlaşıb09 Aprel 2020, 15:17 (GMT +4) Bakı, 9 aprel, SalamNews. ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkə koronavirusla əlaqəli vəziyyətin normala dönməyə başladığı ana yaxınlaşıb.
"Rəqəmləri görürsünüz: biz ölkəmizi əvvəlki vəziyyətə qaytarmağa çox yaxınlaşırıq", Tramp Ağ Evdə keçirdiyi mətbuat brifinqdə deyib.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, prezidentin sözlərinə görə, koronavirus üzərində qələbə "bəzi insanların düşündüyündən biraz daha sürətli" baş verə bilər.
"Ümid edirəm daha sürətlə", Tramp deyib.
|