Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

10 Aprel 2020, 13:30 (GMT +4)

Bakı, 10 aprel, SalamNews.Ölkədə koronavirusla (COVİD-19) bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbilə Bakı Dövlət Universitetində (BDU) təhsilin davamlılığı onlayn (məsafədən) formada həyata keçirilir. Tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır.

Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə etmişdir.

SalamNews xəbər verir ki, BDU-da 2020-ci il 18 mart tarixindən başlayaraq onlayn tədris prosesinin təşkili, müəllim və tələbə heyətinin “Microsoft Teams” platformasına inteqrasiyası müvəffəqiyyətlə təmin edilib. Universitetin bu platformaya daxil edilən 20 mindən artıq istifadəçi hesabı, 1500-dən artıq qrup və qrup birləşməsi yaradılıb. Dərslər 2020-ci il 31 mart tarixinədək “Zoom” platforması və videodərslər vasitəsi ilə tənzimlənib. 29-31 mart tarixlərindən “Microsoft Teams” platformasında sınaq dərslər keçiriləndən sonra, 1 aprel tarixindən başlayaraq tədris aktiv dərslərlə davam etdirilir.

Hazırda BDU-da dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir. BDU-nun 15 mindən artıq aktiv istifadəçisinin yararlandığı platformada bu günə qədər 8000-ə yaxın dərs keçirilib, gündəlik dərslərin sayı orta hesabla 1000, istifadəçilərin sayı isə 10 000-dir. Platforma BDU tələbələrinin 80%-ni əhatə edir.

Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin video qeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDU-da onlayn elmi seminar keçirilib

Nuran Abdullayev: COVID-19 virusu qanın laxtalanma sisteminə təsir edir

Rövşən Abdullaoğlunun daha bir kitabı Türkiyə oxucularına təqdim edilib

BDU beynəlxlaq reytinq siyahısında 154 pillə irəliləyib

İsrailin Fələstin ərazilərini özünə əlavə etməsi İordaniya ilə toqquşmaya səbəb olacaq – Kral Abdulla

BDU-da təhsil alan əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edir

Professor Abuzər Xələfov şəxsi kitablarını BDU-a vəsiyyət edib

BDU ulu öndərin ildönümü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb

BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb

BDU-da beynəlxalq virtual elmi konfrans keçirilib

BDU-nun Elmi Kitabxanasının direktoru onlayn vebinarda iştirak edib

BDU müəllimlərinin məqalələri yüksək impakt faktorlu jurnalda dərc olunub

BDU-da ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş vebinar keçiriləcək

BDU-nun təşkilatçılığı ilə koronavirus mövzusunda konfrans keçiriləcək

BDU-nun rektoru Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

BDU-nun tələbəsi festivalın qalibi olub

BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

BDU-nun əcnəbi tələbələri yardım aksiyası keçirib

BDU-da elmi fəaliyyət onlayn formada davam etdirilir

BDU “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulur

06 İyun 2020, 21:10 (GMT +4)
Neftçalada su peroblemi ilə bağlı tədbirlər həyata keçirilib (FOTOLAR)

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66