Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının yaradılmasının 25 ili tamam olur

10 Aprel 2020, 13:56 (GMT +4)

Bakı, 10 aprel, SalamNews.Ölkəmizdə Daxili Qoşunların formalaşması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçib, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülüb, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılıb. 1994-cü il fevralın 8-də qəbul olunan “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Daxili Qoşunların əsas funksiyaları, vəzifələri və fəaliyyət prinsipləri müəyyən edilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası getdikcə daha da gücləndirilir.

1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvandakı “N” saylı taboru, 2002-ci ildə taborun bazasında Daxili Qoşunların Naxçıvan Alayı, 2014-cü ildə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası yaradılıb. Əlahiddə Əməliyyat Briqadası yarandığı vaxtdan bu günədək yerləşdiyi mühüm bölgədə qarşısına qoyulan vəzifələri layiqincə yerinə yetirib, ictimai asayişin və təhlükəsizliyin qorunmasında, kütləvi tədbirlər zamanı ictimai qaydanın təmin edilməsində zəngin təcrübə toplayıb, təqdirəlayiq xidmət yolu keçərək qarşısına qoyulan tapşırıqların öhdəsindən ləyaqətlə gəlib.

Naxçıvan Muxtar Respublikasında sabitlik, təhlükəsizlik, inkişaf və yüksək rifah dayanıqlı xarakter alıb. Ordu quruculuğu sahəsində aparılan məqsədyönlü islahatlar və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində muxtar respublikada bütün hərbi hissələr yüksək standartlar səviyyəsində təchiz olunub, Naxçıvan ordusu regionun ən güclü ordularından birinə çevrilib. Muxtar respublikada Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir, hərbi qulluqçuların sosial qayğıları tam şəkildə aradan qaldırılır. Son illər ərzində briqadanın fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülüb, hərbi hissənin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılıb, ən müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılıb. Briqadanın maddi-texniki bazasının gücləndirilməsi sahəsində mühüm işlər görülərək hərbi hissə müasir texniki, silah-sursat və nəqliyyat vasitələri ilə təmin olunub, hərbi qulluqçuların döyüş hazırlığı, fiziki hazırlığı, xidmət şəraiti, sosial müdafiəsi daha da gücləndirilib, nizam-intizam və qanunçuluq ciddi şəkildə qorunub. Son illər zabit-gizir ailələri üçün 60 və 45 mənzildən ibarət iki beşmərtəbəli yaşayış binası istifadəyə verilib. Hazırda hərbi hissənin inkişafı yönündə çoxşaxəli işlər və Şərur rayonu ərazisində yerləşən Əməliyyat Taboru üçün müasir standartlara uyğun hərbi şəhərcik və əsgəri-məişət kompleksinin tikintisi davam etdirilməkdədir. Aparılan islahatlar qarşıya qoyulan xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Muxtar respublikada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının da xidməti döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir. Son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərdə daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir”.

Daxili Qoşunların statusuna uyğun olaraq peşə hazırlığının və keçirilən təlimlərin keyfiyyətinin daim yüksəldilməsi, nümunəvi nizam-intizama nail olunması və muxtar respublikada ictimai sabitliyin qorunması bu gün “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının qarşısında duran əsas vəzifələrdir. Şəxsi heyətin yeni silahlardan istifadə qaydaları üzrə bilik və bacarığı təkmilləşdirilir, müntəzəm olaraq toplantılar, səhra çıxışları və döyüş atışlı taktiki təlimlər keçirilir. Bu gün “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadirdir. Ötən il Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə “Dövlət sərhədi pozulduqda sərhəd axtarışının keçirilməsi” üzrə taktiki və “Sarsılmaz qardaşlıq-2019” devizi altında döyüş atışlı əməliyyat taktiki təlimləri bunu bir daha təsdiq edib. Həmin təlimlərdə aktiv iştirak edən “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib.

Taktiki təlimlərdə fəal iştirak edən bir neçə hərbi qulluqçu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mükafatlandırılıb. Hazırda briqadada ciddi nizam-intizam var, burada yüksək mənəvi-psixoloji hazırlığa malik əsgər və zabitlər xidmət edirlər. Bu il briqadanın 2 zabitinin xidməti vəzifə borclarının yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmaları Əlahiddə Əməliyyat Briqadasına olan qayğının daha bir ifadəsidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 İyun 2020, 21:10 (GMT +4)
Neftçalada su peroblemi ilə bağlı tədbirlər həyata keçirilib (FOTOLAR)

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66