Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Bakcell” bütün regionlarnda onlayn satış və çatdırılma xidmətini təqdim edib

11 Aprel 2020, 14:20 (GMT +4)

Bakı, 11 aprel, SalamNews.“Bakcell” şirkəti ölkədə koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləməyə davam edir. Bütün Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə icra olunan 360 dərəcə kommunikasiya və tədbirlər planı çərçivəsində “Bakcell” ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib.

Karantin müddətində şirkətin abunəçiləri və “Bakcell” şəbəkəsinə yeni qoşulmaq istəyənlər dublikat və ya yeni SIM-kartı diler dükanı və müştəri xidməti mərkəzlərinə getmədən sifariş etmək imkanına malikdirlər. Sifariş olunan SIM-kartlar “Bakcell” şirkətinin diler nümayəndələri tərəfindən müştərilərin ev və ya ofislərinə çatdırılacaq. Qeyd edək ki, Bakı və regionların mərkəzlərində çatdırılma tamamilə pulsuzdur.

Sifarişləri 555 nömrəsinə (“Bakcell” Əlaqə mərkəzi) zəng etməklə və ya “Mənim Bakcellim” tətbiqetməsindən istifadə etməklə həyata keçirmək olar.

Qeyd edək ki, yeni xidmətdən Bakı, Gəncə, Sumqayıt, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Bərdə, Yevlax, Samux, Goranboy, Ağcabədi, İmişli, Şirvan, Sabirabad, Göyçay, Şamaxı, İsmayıllı, Ağsu, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qəbələ, Zaqatala, Şəki, Qax, Balakən, Mingəçevir, Ağdaş, Lənkəran, Biləsuvar, Salyan və Naxçıvan MR ərazisində istifadə etmək olar.

Xatırladaq ki, “Bakcell” ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə “Bakcell” karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. “Bakcell” abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürlər. 1542 “qaynar xətt” nömrəsinə zənglər də bütün “Bakcell” abunəçiləri üçün tamamilə pulsuzdur.

Həmçinin şirkət abunəçilərinə xüsusilə vacib olmadıqda Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə mərkəzinə zəng etməyi tövsiyə edib.

“Bakcell” şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər korporativ sosial məsuliyyət təşəbbüsləri üzərində işləyir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Bakcell” Azərbaycan Ordusuna 500 min manat vəsait ayırıb

“Bakcell” “Xəzəri qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasına qoşulub

Bakcell neftçiləri təbrik edib

“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

“Bakcell” mobil tətbiqindən istifadə edən abunəçilərinə hədiyyə verir

Bakcell daha bir təşəbbüsə qoşulub

"Bakcell" yeni irihəcmli internet paketini təqdim edib

600 mindən çox istifadəçi “Mənim Bakcellim”i seçib

“Bakcell” limitsiz internet paketini istifadəyə verib

“Bakcell” Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib (FOTO)

Bakcell “Asan Xidmət”lə əməkdaşlığı davam etdirir 

Bakcell Prezidentin çağırışına qoşularaq 1.5 milyon manat yardım edib

“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

Bakcell növbəti dəfə Milli KSM Mükafatına layiq görülüb

“Bakcell” və “INNOLAND” gənc developerləri investorlarla tanış edib

"Bakcell" 099 prefiksi ilə nömrə satışına başlayıb

“Bakcell” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib (FOTO)

“Bakcell”in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır 

“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

Bakcell Bakutel -2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66