Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT
15 Aprel 2020, 17:41 (GMT +4)

Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib

Bakı, 15 aprel, SalamNews. Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvar rayonunun Ağaəlikənd kəndində fermer Nurəddin Mirzəyevin pambıq sahəsində çiyid səpini prosesində iştirak edib. Nazirə məlumat verilib ki, səpin aparılan təsərrüfatda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Bildirilib ki, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilib, səpinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib.

Nazir pambıqçı fermer Nurəddin Mirzəyevlə söhbət edib, pambıq əkininə hazırlıq prosesi ilə maraqlanıb. Təsərrüfat sahibi bildirib ki, bu sahədə pambıq əkini tirə üsulu ilə həyata keçirilir. Sahədə lazımi aqrotexniki qaydaların yerinə yetirildiyini bildirən fermer bol məhsul əldə edəcəyinə əmin olduğunu vurğulayıb.

Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu il respublikanın 21 rayonu üzrə 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır: “Artıq sahələrdə intensiv səpinə start verilir. Pambıq əkini ilə bağlı 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanıb, əkin sahələrinin toxum, mineral gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Hazırda Biləsuvar rayonunda pambıq səpini prosesində iştirak edirik. Rayon üzrə 10603 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Biləsuvar rayonunda pambıqçılığın gözəl ənənələri var. Təkcə ötən il Biləsuvarlı fermerlər 30 min tona yaxın pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər”.

Nazir pambıqçılığa dövlət dəstəyi, bu ildən tətbiq olunan yeni subsidiya qaydaları barədə fermerlərə məlumat verib.

Nazir İnam Kərimov koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlərin görüldüyünü vurğulayıb: “Hazırki mərhələdə koronavirusun yayılmasının qarışısını almaq üçün dövlət tərəfindən görülən zəruri tədbirlərin fermerlərin aqrar fəaliyyətinə ciddi təsiri yoxdur. Aqrar sektorda fəaliyyət xüsusi karantin rejimi tələblərinə uyğun qurulur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayonlardan orta və iri tonnajlı maşınlarla paytaxta, digər böyük şəhərlərə və rayonlara kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına icazə verilir. Fermerlər yerli icra hakimiyyəti orqanlarından aldıqları arayış əsasında məhsullarını sərbəst şəkildə paytaxt, böyük şəhərlər və rayonlara gətirib sata bilərlər. Eyni zamanda, məhsullar heç bir maneə olmadan bazarlara çıxarılır, həmçinin xarici ölkələrə ixrac edilir”.

Nazir İnam Kərimov əlavə edib ki, Ölkə Prezidenti cənab İlham Əliyev aprelin 14-də “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılıb: “Aqrar sahə Cənab Prezidentin daim diqqət və qayğısında olan bir sahədir. Dövlət başçısının aprelin 14-də imzaladığı Sərəncam fermerlərimizə əlavə bir dəstəkdir. Bilirsiniz ki, xusisilə əkin dövründə fermerlərin mikrokreditlərə tələbatı yaranır. Fermerlər kredit üçün banklara müraciət edəndə banklar tərəfindən əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunur. Cənab Prezidentin imzaladığı Sərəncam fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq. Yeni Sərəncam fermerlərə girov tələb etmədən mikrokreditlərin verilməsini nəzərdə tutur”.

Fermer Nurəddin Mirzəyevə məxsus 6 hektarlıq sahədə kütləvi səpin işlərinə 2 çiyidsəpən aqreqat cəlb olunub. Çiyid səpini prosesi xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.

Daha sonra Kənd Təsərrüfatı Naziri İnam Kərimov Cəlilabad rayonunda faraş kartof və çiyələk sahələrinə baş çəkib, məhsul yığımı prosesini izləyib. Bildirilib ki, hazırda bölgələrdə faraş tərəvəz və çiyələk yığımına start verilib. Aparılan müşahidələr göstərir ki, məhsul ötən ilə nisbətən boldur. Əkinə vaxtında və mütəşəkkil başlanıldığını deyən fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, hazırda cəlilabadlı fermerlər kartofu daxili bazarlara göndrməklə yanaşı, MDB ölkələrinə də ixrac edirlər. Fermerlər məhsulların daşınması və ixracı ilə bağlı çətinliklərin olmadığını, bu il kartof ixracından daha çox gəlir əldə edəcəklərini bildirirlər.

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstərici əldə olunub

“MKT İstehsalat Kommersiya” pambıqçılıq üzrə rekord məhsuldarlıq əldə edib 

İnam Kərimov: "Pambıqçılıq ölkəmizdə kənd təsərrüfatının prioritet sahəsidir"

Azərbaycan bu il pambıqçılıq üçün 3 mindən çox yeni texnika alacaq

Pambıqçılıq Azərbaycanda tənəzzülə uğrayıb - İlham Əliyev

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

02 İyun 2020, 14:00 (GMT +4)
Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66