Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Meliorasiya və Su Təsərrüfatı ASC-də videoiclas keçirilib

17 Aprel 2020, 13:00 (GMT +4)

Bakı, 17 aprel, SalamNews. Meliorasiya və Su Təsərrüfatı ASC aparatı əməkdaşlarının və rayon idarələrinin rəhbərlərinin iştirak etdikləri onlayn iclasda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısının əkinlərin suvarma suyu ilə təminatı istiqamətində qarşıya qoyduğu vəzifələr, sudan səmərəli istifadə yolları, sel sularından və daşqınlardan mühafizə çərçivəsində görülən tədbirlər, koronavirusla mübarizə çərçivəsində tətbiq edilən karantin rejimi qaydalarına uyğun olaraq, meliorasiya və su təsərrüfatı sahəsində işlərin davam etdirilməsi, bu istiqamətdə qarşıda duran vəzifələrin vaxtında həyata keçirilməsi məsələləri müzakirə olunub.

Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə keçən iclasda dövlətimizin başçısının melioratorların qarşısında qoyduğu vəzifələr bir daha diqqətə çatdırılıb və onların həlli yollarından danışılıb.

Əhməd Əhmədzadə bildirib ki, son illər yaşanan iqlim dəyişiklikləri və onun canlı aləmə təsiri getdikcə daha çox hiss olunmaqdadır. Bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də hiss edilir. Havaların isti keçməsi, eyni zamanda, yağışların az yağması, dağlarda qar örtüyünün azlığı ölkəmizdə su ehtiyatlarının azalmasına səbəb olub. Bu isə öz növbəsində əkin sahələrinin suvarılmasında müəyyən çətinliklər yaradır.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadənin mühüm amil olduğunu xatırladan Ə.Əhmədzadə vurğulayıb ki, son illər ölkəmizdə meliorasiya və irriqasiya sahəsində mühüm layihələr həyata keçirilib və keçirilməkdədir. Bu layihələr respublikada ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə meliorasiya sahəsində mühüm layihələrin həyata keçirilməsi, o cümlədən Şəmkirçay və Taxtakörpü su anbarlarının tikilməsi, kanalların çəkilməsi rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatına böyük töhfədir. Son bir neçə ildə təqribən yüz min hektara yaxın torpağa - vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlara suyun verilməsi təmin olunub. Buna baxmayaraq, suvarma suyundan istifadə edərkən xeyli su itkiyə gedir. Bu baxımdan meliorasiya sahəsində, o cümlədən suvarmada müasir texnologiyaların tətbiqi zamanın tələbidir. Yeni texnologiyaların tətbiqi həm su itkisinin qarşısının alınmasına, həm də əkinlərin məhsuldarlığının yüksəlməsinə səbəb olacaq.

Hazırda ölkəmizdə yaz əkin dövrünün qızğın çağı olduğunu deyən ASC sədri qeyd edib ki, əkin sahələrinin suvarılmasında çətinliklərin yaranmaması üçün Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yerlərdə su çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlər görülür. O cümlədən su idarəedilməsinin və uçotunun elektron sistem üzərindən aparılması istiqamətində işlər planlaşdırılır.

Əhməd Əhmədzadə Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılan komissiyanın ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsində, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsində və bu sahədə fəaliyyətin əlaqələndirilməsində önəmli rol oynayacağını bildirib.

Dövlətimizin başçısı tərəfindən rayonlarda subartezian quyularının qazılması ilə bağlı imzalanan sərəncamları da yüksək dəyərləndirən ASC sədri diqqətə çatdırıb ki, görülən bütün işlər əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasını, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsini təmin edəcək.

ASC-nin rayon idarələrinin rəhbərləri yerlərdəki mövcud vəziyyət barədə məlumat verdikdən sonra Ə.Əhmədzadə dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Meliorasiya və Su Təsərrüfatı" ASC orduya yardım edib

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 8,5 milyon manat ayrılıb

"Meliorasiya və Su Təsərrüfatı" ASC-yə 2,5 milyon manat ayrılıb

Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 3,3 milyon manat ayrılıb

Meliorasiya və su təsərrüfatı sahəsində qarşıdakı illərdə görüləcək işlər açıqlanıb

Meliorasiya və Su Təsərrüfatı ASC 5 350 aztəminatlı ailəyə ərzaq yardımı edib

Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırıb

Meliorasiya və Su Təsərrüfatı ASC Prezidentin çağırışına qoşulub

Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn həyata keçirəcək

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşlarla görüşüb

Meliorasiya və Su Təsərrüfatı ASC-də anım mərasimi keçirilib

Meliorasiya və Su Təsərrüfatı ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri İmişlidə vətəndaşlarla görüşüb

Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi 1500-dən çox ağac əkiblər

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 min manat vəsait ayrılıb

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Lənkəranda vətəndaşlarla görüşüb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə 300 min manat ayrılıb

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

30 Oktyabr 2020, 13:56 (GMT +4)
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq (VIDEO)

30 Oktyabr 2020, 13:45 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

30 Oktyabr 2020, 13:37 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

30 Oktyabr 2020, 13:27 (GMT +4)
İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabah 25 dərəcə isti olacaq

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Gürcüstanda koronavirus xəstələrinin sayı artmağa davam edir

30 Oktyabr 2020, 13:11 (GMT +4)
Ramiz Mehdiyev: Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir

30 Oktyabr 2020, 13:00 (GMT +4)
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

30 Oktyabr 2020, 12:52 (GMT +4)
Alimlər koronavirusun daha bir simptomunu üzə çıxarıb

30 Oktyabr 2020, 12:40 (GMT +4)
MN: Ordumuz qarşısında dayana bilməyən düşmən öz texnikalarını qoyub qaçır (VİDEO)

30 Oktyabr 2020, 12:40 (GMT +4)
BMqT: Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib

30 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

30 Oktyabr 2020, 12:16 (GMT +4)
İran prezidentinin xüsusi nümayəndəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı planı Ermənistana təqdim edib

30 Oktyabr 2020, 12:10 (GMT +4)
MN: Qubadlı ərazisi Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

30 Oktyabr 2020, 12:08 (GMT +4)
Almaniyada avtomobil izdihamın üzərinə sürülüb 

30 Oktyabr 2020, 12:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

30 Oktyabr 2020, 11:43 (GMT +4)
İtaliyada son sutkada COVID-19-a yoluxmada yeni anti-rekord yenilənib

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Bağça və məktəbəqədər müəssisələrdə distant təhsil olmayacaq

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Təhsil naziri: Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur

30 Oktyabr 2020, 11:30 (GMT +4)
Təhsil naziri: Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib

30 Oktyabr 2020, 11:23 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin hücum cəhdi olmayıb

30 Oktyabr 2020, 11:22 (GMT +4)
Braziliya prezidenti Nitsadakı hücumu xristianofobiyanın təzahürü adlandırıb

30 Oktyabr 2020, 11:10 (GMT +4)
FHN düşmənin atəşi nəticəsində baş verən meşə yanğınları ilə bağlı açıqlama verib

30 Oktyabr 2020, 11:00 (GMT +4)
Paytaxtda koronavirusla bağlı reydlər keçirilib

30 Oktyabr 2020, 10:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə statistikası açıqlanıb

30 Oktyabr 2020, 10:45 (GMT +4)
MN: Ermənistan ordusunun polkovniki məhv edilib

30 Oktyabr 2020, 10:41 (GMT +4)
ABŞ BƏƏ-yə "F-35" qırıcılarını satmaq istəyir

30 Oktyabr 2020, 10:30 (GMT +4)
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı dünya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarina müraciət edib

30 Oktyabr 2020, 10:26 (GMT +4)
Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66