Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır (FOTOLAR)

18 Aprel 2020, 10:46 (GMT +4)

Bakı, 18 aprel, SalamNews, K.Orxan.  Ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında əlavə gücləndirilmiş tədbirlər həyata keçirilir.

SalamNews xəbər verir ki, görülən tibbi-profilaktik tədbirlərlə yanaşı olaraq aprelin 18-dən etibarən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərininəməkdaşları və xüsusi texnikası tərəfindən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq sanitariya və epidemiologiya üzrə mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasına başlanılıb. İşlər qrafik əsasında həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 05-00-dan başlayaraq aparılır.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərlin həyata keçirilməsi iləyanaşı öz təşəbbüsləri ilə paytaxtın dezindeksiya işlərinə də qoşularaq bu işlərə 8 ədəd avtonəqliyyat vasitəsi ayırmışdır ki, onlar da bu gündən dezinfeksiya tədbirlərində iştirak edirlər.Bundan başqa Fövqəladə Hallar Nazirliyinin də 3 ədəd texnikası dezinfeksiya işlərinə cəlb edilib.

Eyni zamanda paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparılmışdır. Görülən işlərin xüsusi kimyəvi maddələrlə aparıldığından əməkdaşların sağlamlığının qorunması məqsədi ilə bu işlərdə iştirak edən əməkdaşlar xüsusi qoruyucu geyim, maskalardan əlavə süd və ayranla da təmin olunmuşlar.
Bu işlərlə yanaşı gündə 2 dəfə Departamentin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.  Bir sözlə şəhərin özünün təmizliyi elə özü bir sağlamlıqdır.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

BŞİH: Yasamaldakı qəzalı binanın sakinləri mənzillərini tərk etməkdən imtina edirlər (FOTO)

BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

BŞİH və ETSN-dən şalıq sarayları və restoranlara xəbərdarlıq edib

Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

04 İyun 2020, 18:00 (GMT +4)
TƏBİB: Xəbər saytlarının əməkdaşları ev şəraitində fəaliyyət göstərməlidir

04 İyun 2020, 17:46 (GMT +4)
BMT ABŞ-ı irqçilikdə ittiham edib 

04 İyun 2020, 17:35 (GMT +4)
İyunda Azərbaycanın bütün hava limanları sərnişin reysləri üçün bağlı olacaq

04 İyun 2020, 17:26 (GMT +4)
Putin Rusiyada koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını açıqlayıb

04 İyun 2020, 17:21 (GMT +4)
Turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları müzakirə olunacaq

04 İyun 2020, 17:13 (GMT +4)
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

04 İyun 2020, 17:10 (GMT +4)
Sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur

04 İyun 2020, 17:08 (GMT +4)
Rusiya mətbuatı azərbaycanlı «qanuni oğru» barədə dezinformasiya yayıb

04 İyun 2020, 16:59 (GMT +4)
Türkiyə İran və İraq sərhədlərində iki keçidi beynəlxalq nəqliyyat üçün açıq elan edib

04 İyun 2020, 16:53 (GMT +4)
Braziliyada son sutka ərzində 1,3 mindən çox insan COVID-19-dan ölüb

04 İyun 2020, 16:34 (GMT +4)
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır

04 İyun 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif edib

04 İyun 2020, 16:21 (GMT +4)
Onlayn imtahanların keçirilməsi üçün proqram hazırlanıb

04 İyun 2020, 16:06 (GMT +4)
Dünyada son sutka ərzində 93 mindən çox insan COVID-19-a yoluxub

04 İyun 2020, 15:58 (GMT +4)
«Liviya Milli Razılıq Hökuməti» Tripolinin bütün inzibati ərazilərini geri aldığını bildirib

04 İyun 2020, 15:53 (GMT +4)
Dövlət maliyyə dəstəyi üçün 141 mindən çox vergiödəyicisi müraciət edib

04 İyun 2020, 15:43 (GMT +4)
“Nəqliyyat Könüllüləri” proqramı yekunlaşdırılıb

04 İyun 2020, 15:40 (GMT +4)
Füzuli Dövlət Dram Teatrının aktyoru vəfat edib

04 İyun 2020, 15:37 (GMT +4)
Tramp Si Tzinpinə qarşı sanksiya tətbiq etmə ehtimalını hələ nəzərdən keçirməyib

04 İyun 2020, 15:10 (GMT +4)
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb

04 İyun 2020, 15:05 (GMT +4)
ABŞ etirazlarında saxlanılan və həbs edilənlərin sayı 10 mini keçib

04 İyun 2020, 15:03 (GMT +4)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir

04 İyun 2020, 14:51 (GMT +4)
Həftəsonu market və apteklər işləməyəcək

04 İyun 2020, 14:43 (GMT +4)
Kim Çen Inın bacısı Seulu hərbi anlaşmanın pozulması ilə hədələyib

04 İyun 2020, 14:30 (GMT +4)
Vətəndaşlar vacib halda evdən çıxarkən 102-yə zəng vurmalıdır

04 İyun 2020, 14:23 (GMT +4)
Yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə alacaqlar

04 İyun 2020, 14:18 (GMT +4)
Həftəsonu Bakıda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

04 İyun 2020, 14:14 (GMT +4)
İranda bir günə 3,574 nəfərin koronavirusa yoluxması qeydə alınıb

04 İyun 2020, 14:13 (GMT +4)
Nazirlər Kabineti həftəsonu məhdudiyyətlərin siyahısını açıqlayıb

04 İyun 2020, 14:03 (GMT +4)
Lukaşenko ölkəyə yeni baş nazir təyin edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66