Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb18 Aprel 2020, 11:24 (GMT +4) Bakı, 18 aprel, SalamNews. Rusiyanın Xabarovsk şəhəri yaxınlığında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, təyyarənin göyərtəsində üç nəfər olub.
SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, qəza təyyarə təlim uçuşu həyata keçirərkən baş verib.
"L-4 yüngül mühərrikli təyyarə Xabarovskdan 30 km məsafədə yerləşən Lesnoye kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə üç nəfər olub. İlkin məlumatlara görə, onlardan heç biri sağ qalmayıb", məlumatda deyilir.
|