“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib19 Aprel 2020, 11:14 (GMT +4) Bakı, 19 aprel, SalamNews.“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini təsdiqləyib.
SalamNews agentliyə istinadla xəbər verir ki, “Fitch Ratings” SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini (IDR) “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozunu isə “stabil”dən “mənfi”yə dəyişib.
“Fitch Ratings”, həmçinin bildirir ki, SOCAR dövlətə məxsus olduğu üçün şirkət ilə Azərbaycanın reytinqi və reytinq üzrə proqnozu eyni müəyyənləşdirilir.
|