Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Forbes” Azərbaycan xalçaları haqqında məqalə dərc edib

20 Aprel 2020, 15:10 (GMT +4)

Bakı, 20 aprel, SalamNews.Dünyaca nüfuzlu “Forbes” nəşrində “Azərbaycanda xalça sənətkarları əsrlərlə yaşı olan ənənələri ustalıqla qoruyub saxlayırlar” adlı məqalə dərc edilib.

Dövlət Turizm Agentliyindən SalamNews-a verilən məlumata görə, məqalədə xalçaların dünya tarixində yeri, qədim nağıllarda və cizgi filmlərində bu mövzuya sehrli yanaşma, eyni zamanda müasir dünyada xalçaçılığa olan münasibətdən söz açılır.

Yazıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin xalçaçılıq sənəti ilə bağlı fikirlərinə yer verilib: “Xalçaçılıq kimi qeyri-maddi mədəniyyət nümunələri xalqın dəyərləri, inancları və mədəni irsi ilə birbaşa bağlıdır. Məhz burada, Azərbaycanda müasir dövrdə yaşayaraq özünü əsl qədim ənənələrin içərisində hiss edə bilərsən. Xalçaçılıq ənənələri ilə tanış olmaq Azərbaycana səyahət etmək üçün gözəl səbəblərdən biridir”.

Məqalədə qeyd olunur ki, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə YUNESKO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salındıqdan sonra bu sənət növünə həm xarici istehlakçılar, həm də yeni nəsil yerli sənətkarlar tərəfindən diqqət artıb.

Yazıda Azərbaycanın fərqli yerli toxuculuq texnikası və dizayn elementlərinə malik olan müxtəlif bölgələrinin hər birinin özünəməxsus xalçaçılıq məktəbi, eləcə də yerli sənətkarların 500-dən çox dizaynda hazırladığı xalçalardan bəhs olunur.

Müəllif xalça üzərində toxunan elementlər arasında odu təmsil edən buta, tovuzquşu, əjdaha kimi elementləri oxucuların xüsusi diqqətinə çatdırır və od təsvirindən geniş istifadənin qədim dövrlərdən etibarən neft ölkəsi kimi tanınan Azərbaycan üçün təsadüfi olmadığını qeyd edir.

Məqalədə Azərbaycan Milli Xalça Muzeyinin simvolik binası, nadir xalça kolleksiyasının yerləşdiyi Heydər Əliyev Mərkəzi və Alov Qüllələri kimi müasir memarlıq incilərindən də danışılır, Azərbaycanda dünyanın müxtəlif qalereyalarında nümayiş etdirilən və kolleksiyaçılar tərəfindən maraqla alınan yeni nəsil xalçaçılıq nümunələrinin yaradıldığından bəhs olunur.

Sonda müəllif #TakeAnotherLook (Bir daha bax) həştəqi vasitəsilə Azərbaycanın məğrur gözəlliklərini kəşf etməyin mümkünlüyünü diqqətə çatdırır.

Məqalə ilə tanış olmaq üçün link: https://bit.ly/34JHBhK


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Forbes: Amazon rəhbəri bir gündə 6.4 milyard dollar sərvət qazanıb

"Forbes" Rusiyanın ən varlı qadınlarının adlarını açıqlayıb

Forbes dünyanın ən bahalı brendlərinin adını açıqlayıb

Forbes Rusiyada 200 ən zəngin iş adamının siyahısını açıqlayıb

Londonun ən zəngin sakini rusiyalı iş adamı Mixail Fridmandır -Forbes

“Forbes” Sofiyanın ASAN səfərindən yazıb

“Forbes” jurnalı ən yüksək maaşlı aktrisanın adını açıqlayıb

“Forbes” ən çox pul qazanan məşhur gənclərin adlarını açıqlayıb

“Forbes” jurnalı Putini əsrin ən nüfuzlu rusiyalıları siyahısının TOP-3-lüyünə salıb

"Forbes” dünyanın ən bahalı kino aktyorunun adını açıqlayıb

"Forbes"in Rusiya üzrə siyahısında 15 müsəlman oliqarx yer alıb (FOTOLAR)

"Forbes" ən çox qazanc əldə edən məşhurların siyahısını dərc edib

"Forbes" jurnalı dünyanın ən varlı futbol klublarının siyahısını açıqlayıb

Forbes: Rusiyanın ən varlı varisi azərbaycanlıdır

“Forbes” ən varlı mərhum tanınmışların adlarını açıqlayıb

"Forbes" 400 ən varlı ABŞ-lının adını açıqlayıb

"Şahdağ" Turizm Mərkəzi "Forbes.ru" saytının turizm üzrə TOP-10-luğunda ilk üçlükdə yer alıb

“Forbes” jurnalı Misir və Türkiyənin əvəzinə Lənkərana səfəri təklif edir

Forbes dünyanın ən çox gəlir əldə edən futbolçularının reytinqini dərc edib

"Forbes" dünyanın ən bahalı brendlərinin adlarını açıqlayıb

06 İyun 2020, 10:35 (GMT +4)
Fransa Əl-Qaidənin Şimali-Afrika üzrə liderini öldürdüyünü bildirib

06 İyun 2020, 10:30 (GMT +4)
Təmas xəttinə yaxın kəndlər dezinfeksiya edilib

06 İyun 2020, 10:23 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

06 İyun 2020, 10:17 (GMT +4)
Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda xüsusi karantin rejimi bu gündən sərtləşdirilib

06 İyun 2020, 10:15 (GMT +4)
“Visa” Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə vebinar keçirib

06 İyun 2020, 10:14 (GMT +4)
Liviyanın «Milli Razılıq Hökuməti» qüvvələri Sirt şəhəri istiqamətdə hücuma keçiblər

06 İyun 2020, 10:11 (GMT +4)
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

06 İyun 2020, 10:08 (GMT +4)
Tramp İran neftinin ixracına qoyulan embarqonun vaxtını uzadıb

06 İyun 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

05 İyun 2020, 18:21 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

05 İyun 2020, 18:01 (GMT +4)
DİN: Evlərdən silah-sursat aşkarlanaraq götürülüb

05 İyun 2020, 17:57 (GMT +4)
“Nar” sərt karantin rejimində abunəçilərinə xidmət göstərəcək

05 İyun 2020, 17:56 (GMT +4)
AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

05 İyun 2020, 17:51 (GMT +4)
Energetika naziri “OPEC+” nazirlərinin iclasında iştirak edəcək

05 İyun 2020, 17:49 (GMT +4)
Yaponiyada isti havalar ilə əlaqədar küçədə maskaların çıxarılması tövsiyə olunur

05 İyun 2020, 17:40 (GMT +4)
Səudiyyə koronavirusa görə komendant saatını yenidən tətbiq etməyə başlayıb

05 İyun 2020, 17:22 (GMT +4)
Bill Geyts insanlara çiplərin implantasiya edilməsi iddialarına cavab verib

05 İyun 2020, 17:22 (GMT +4)
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

05 İyun 2020, 17:03 (GMT +4)
Cavad Zərif Trampın danışıqlar aparmaqla bağlı təklifinə cavab verib

05 İyun 2020, 17:00 (GMT +4)
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

05 İyun 2020, 16:59 (GMT +4)
AB-də xarici sərhədləri iyunun sonuna qədər açmamaq təklif edilib

05 İyun 2020, 16:31 (GMT +4)
Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

05 İyun 2020, 16:28 (GMT +4)
Ərdoğan həftə sonu Türkiyədə komendant saatını ləğv edib

05 İyun 2020, 16:13 (GMT +4)
Braziliyada sutka ərzində 30 mindən çox insan COVID-19-a yoluxub

05 İyun 2020, 16:10 (GMT +4)
Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olunub

05 İyun 2020, 16:01 (GMT +4)
ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

05 İyun 2020, 15:48 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatıb

05 İyun 2020, 15:40 (GMT +4)
Suriya ilə Ermənistan arasında uçuşlar 8 ildən sonra yenidən bərpa edilib

05 İyun 2020, 15:32 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib

05 İyun 2020, 15:23 (GMT +4)
Bayden: Amerikalıların 10-15 faizi çox yaxşı insanlar deyil

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66