Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İİTKM-nin yaranmasından 4 il ötür

20 Aprel 2020, 12:32 (GMT +4)

Bakı, 20 aprel, SalamNews.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaranmasından 4 il ötür.

SalamNews xatırladır ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2016-cı il aprel ayının 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin üç əsas funksional istiqaməti var: iqtisadi təhlil, monitorinq və qiymətləndirmə, islahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası.

Prezident İlham Əliyevin tapşırıqları əsasında İİTKM 12 strateji yol xəritəsi, habelə ərzaq təhlükəsizliyi, məşğulluq, rəqəmsal ödənişlər və s. sahələrdə strategiyalar, dövlət proqramları və tədbirlər planlarının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bu əsasda İİTKM-də dövlət sənədlərinin icrası barədə "böyük verilənlər bazası” - "Big Data” yaranır. Öz növbəsində "Big Data”nın emalı əsasında yeni islahatlar barədə təklifləri formalaşdırmaq mümkündür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2016-cı ildə ölkə Prezidentinin tapşırığı əsasında strateji yol xəritələri hazırlananda İİTKM-in platformasında dövlət, özəl, akademiya, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətini təmsil edən 400 nəfər ekspert cəmlənmişdi. Beləliklə, monitorinq və islahat arasında qarşılıqlı təsir mübadiləsi idarəetməni yeni mərhələyə qaldırır: data əsaslı qərar qəbuletmə mexanizmi işləyir. İİTKM-in təqdim etdiyi Azranking.az və Monitoring.az platformaları funksional əlaqələndirilməklə islahatlar və monitorinqin iş axınlarını rəqəmsal olaraq bir-birinə bağlayır: yeni islahat yeni monitorinq və yeni monitorinq yeni islahat deməkdir.

İİTKM-də islahatların "həyat tsikli”nə aid olan bütün mərhələlər tam rəqəmsallaşdırılıb. Bu isə prosesin səmərəliliyini, şəffaflığını, inklüzivliyini və hesabatlılığını təmin edir. Hazırda İİTKM-in balansında olan 40-a yaxın internet resursu güclü kommunikasiya vasitəsi olmaqla islahatların işıqlandırılmasına yardımçı olur. İslahatların kommunikasiyasında iki vacib hədəf var. Bunun biri mesajları əhali, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və digər istiqamətlərdə düzgün çatdırmaqdır. İkinci hədəf isə əks-əlaqə qurmaqla islahatların icrası zamanı yaranan fikir və rəyləri yenidən "islahat gündəliyi”nin formalaşmasında istifadə etməkdir.

Beləliklə, İİTKM-də idarəetmə sacayağı yaranıb: İslahat-Monitorinq-Kommunikasiya. Bu sacayağın funksionallığını artırmaq üçün İİTKM-in təqdim etdiyi institutlar vacib rol oynayır: Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azranking.az, Monitoring.az, Enterpriseazerbaijan.com və Azerp.az.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni “Video icmal” təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir

İtaliya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi işçi qəbulu elan edib

Almaniya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi qaydası təsdiq edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişiklik edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni tədqiqata başlayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə analitik səlahiyyətlər verilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə icraçı direktor təyin edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müstəqil iqtisadçı və sosioloqlar cəlb olunmalıdır - iqtisadçı

Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

30 Oktyabr 2020, 13:56 (GMT +4)
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq (VIDEO)

30 Oktyabr 2020, 13:45 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

30 Oktyabr 2020, 13:37 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

30 Oktyabr 2020, 13:27 (GMT +4)
İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabah 25 dərəcə isti olacaq

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Gürcüstanda koronavirus xəstələrinin sayı artmağa davam edir

30 Oktyabr 2020, 13:11 (GMT +4)
Ramiz Mehdiyev: Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir

30 Oktyabr 2020, 13:00 (GMT +4)
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

30 Oktyabr 2020, 12:52 (GMT +4)
Alimlər koronavirusun daha bir simptomunu üzə çıxarıb

30 Oktyabr 2020, 12:40 (GMT +4)
MN: Ordumuz qarşısında dayana bilməyən düşmən öz texnikalarını qoyub qaçır (VİDEO)

30 Oktyabr 2020, 12:40 (GMT +4)
BMqT: Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib

30 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

30 Oktyabr 2020, 12:16 (GMT +4)
İran prezidentinin xüsusi nümayəndəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı planı Ermənistana təqdim edib

30 Oktyabr 2020, 12:10 (GMT +4)
MN: Qubadlı ərazisi Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

30 Oktyabr 2020, 12:08 (GMT +4)
Almaniyada avtomobil izdihamın üzərinə sürülüb 

30 Oktyabr 2020, 12:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

30 Oktyabr 2020, 11:43 (GMT +4)
İtaliyada son sutkada COVID-19-a yoluxmada yeni anti-rekord yenilənib

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Bağça və məktəbəqədər müəssisələrdə distant təhsil olmayacaq

30 Oktyabr 2020, 11:40 (GMT +4)
Təhsil naziri: Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur

30 Oktyabr 2020, 11:30 (GMT +4)
Təhsil naziri: Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib

30 Oktyabr 2020, 11:23 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin hücum cəhdi olmayıb

30 Oktyabr 2020, 11:22 (GMT +4)
Braziliya prezidenti Nitsadakı hücumu xristianofobiyanın təzahürü adlandırıb

30 Oktyabr 2020, 11:10 (GMT +4)
FHN düşmənin atəşi nəticəsində baş verən meşə yanğınları ilə bağlı açıqlama verib

30 Oktyabr 2020, 11:00 (GMT +4)
Paytaxtda koronavirusla bağlı reydlər keçirilib

30 Oktyabr 2020, 10:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə statistikası açıqlanıb

30 Oktyabr 2020, 10:45 (GMT +4)
MN: Ermənistan ordusunun polkovniki məhv edilib

30 Oktyabr 2020, 10:41 (GMT +4)
ABŞ BƏƏ-yə "F-35" qırıcılarını satmaq istəyir

30 Oktyabr 2020, 10:30 (GMT +4)
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı dünya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarina müraciət edib

30 Oktyabr 2020, 10:26 (GMT +4)
Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66