Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: “Azərenerji” və “Azərişıq” çox böyük işlər görürlər

20 Aprel 2020, 17:16 (GMT +4)

Bakı, 20 aprel, SalamNews. “Son 16 ildə ölkəmizdə 30-dan çox yeni stansiya tiklib. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində”.

SalamNews xəbər verir ki, bunu bu gün “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimindən sonra qurumun əməkdaşları ilə söhbət zamanı Prezident İlham Əliyev deyib.

İ.Əliyevin sözlərinə görə, ölkənin enerji potensialı onun artan iqtisadi inkişafa uyğun olmalıdır: “Bu stansiyalar arasında xüsusilə böyük stansiyalar əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilib. “Cənub” Elektrik Stansiyası təxminən 800 mVt-a bərabər generasiya gücünə malikdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası 525 mVt, “Şimal 2” bu yaxınlarda istifadəyə verilib, onun generasiya gücü 400 mVt-a yaxın, “səngəçal” stansiyasının generasiya gücü 300 mVt-dır. Təkcə bu 4 stansiyanın generasiya gücü 2 000 mVt-dan çoxdur. Bundan əlavə su elektrik stasniyaları tikildi ölkəmizin müxtəlif yerlərində və bildirməliyəm ki, Naxçıvan MR-da tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün MR-nın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisini alan Naxçıvan tam özünü təmin edir. Eyni zamanda da orada ixrac potensialı da yaranmışdı.

O cümlədən ölkəmizdə bütövlükdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik. Əlbəttə ki, bu böyük infrastruktur layihələri böyük vəsait tələb edir. Bu vəsaitin böyük hissəsi büdcə hesabına təmin edildi, digər hissə götürülmüş kreditlər hesabına. Bu kreditlər qaytarılır. Beləliklə biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təminatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksək gərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi. Yeni yarımstansiyalar tikildi, bir çox yerlərdə transformatorlar. Və mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində həmişə mən maraqlanıram, və vətəndaşlardan maraqlanıram ki, enerji təminatı necədir? Və son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Və bu məni çox sevindirir. Onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər. Bizim enerji potensilaımız bizim artan iqtisadi inkişafa uyğun olmalıdır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərişıq” azad edilmiş ərazilərdə yeni güc mərkəzlərini qurmağa hazırlaşır

“Azərişıq” Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

“Azərişıq” rəhbərliyi cəbhə bölgəsinə gedib

"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaradıb

“Azərişıq” son 5 ildə itkiləri 5% azaldıb

“Azərişıq” şimal-qərb regionunda elektrik enerjisi təsərrüfatını yeniləyib

KİVDF və “Azərişıq” jurnalistlər üçün müsabiqə elan edib

“Azərişıq” Bakı və regionlarda 1088 kənar xətdən istifadə faktı qeydə alıb

“Azərişıq” cəbhə xəttində yerləşən kəndin enerji sistemini yenidən qurub

“Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib 

“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

“Azərişiq” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

"Azərişıq" istehlakçılara borcları haqqında SMS göndərəcək

“Azərişıq” ASC-də 2 regiona və 10 rayona yeni rəis təyin edilib

“Azərişıq” sərt karantin günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” Şamaxının Çuxuryurd kəndində yenidənqurma işlərinə başlayıb

“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

"Azərişıq"da kadr dəyişiklikləri baş verib

27 Oktyabr 2020, 12:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

27 Oktyabr 2020, 12:51 (GMT +4)
Çex Respublikasında gecə küçəyə çıxmaq qadağan edilib

27 Oktyabr 2020, 12:45 (GMT +4)
DİN koronavirusla bağlı əhaliyə müraciət edib

27 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

27 Oktyabr 2020, 12:20 (GMT +4)
Tramp ABŞ-ın ÜST-ə qayıtmasını mümkün hesab edir

27 Oktyabr 2020, 12:15 (GMT +4)
DİN avtomobil sahiblərinə müraciət edib

27 Oktyabr 2020, 12:15 (GMT +4)
Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb

27 Oktyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

27 Oktyabr 2020, 11:57 (GMT +4)
Gürcüstanda son sutkada 1,8 mindən çox insan koronavirusa yoluxub

27 Oktyabr 2020, 11:45 (GMT +4)
Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqləyib

27 Oktyabr 2020, 11:30 (GMT +4)
Bu hərbçimiz düşmənin atəş nöqtələrini dəqiqliklə məhv edir

27 Oktyabr 2020, 11:19 (GMT +4)
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

27 Oktyabr 2020, 11:15 (GMT +4)
Milli Məclisin plenar iclası başlayıb

27 Oktyabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti 40 dollara qədər ucuzlaşıb

27 Oktyabr 2020, 10:50 (GMT +4)
Türkiyə ATƏT-in Minsk Qrupunu Qarabağla bağlı "nəticəyə hesablanmış" danışıqlara çağırır

27 Oktyabr 2020, 10:40 (GMT +4)
Prezident: Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir

27 Oktyabr 2020, 10:35 (GMT +4)
İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandırılacağını açıqlayıb

27 Oktyabr 2020, 10:25 (GMT +4)
Makron  vəziyyət üzərindəki nəzarəti tamamilə itirib - fransalı müxalifətçi

27 Oktyabr 2020, 10:23 (GMT +4)
Azərbaycan Prezidenti hərbi əməliyyatların hansı səbəblərdən başlandığını açıqlayıb

27 Oktyabr 2020, 10:15 (GMT +4)
XİN Ermənistanın uşaqları döyüşçü kimi istifadə etməsinə münasibət bildirib

27 Oktyabr 2020, 10:00 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

27 Oktyabr 2020, 09:50 (GMT +4)
Qondarma rejimin “müdafiə naziri” döyüşlərdə yaralanıb

27 Oktyabr 2020, 09:45 (GMT +4)
Ərdoğan: Təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatı sayəsində terror təhlükəsi aradan qaldırılıb

27 Oktyabr 2020, 09:34 (GMT +4)
Dünyada son beş gündə koronavirusa yoluxma sayı 400 mini keçir

27 Oktyabr 2020, 09:34 (GMT +4)
Ermənistan Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutub

27 Oktyabr 2020, 09:20 (GMT +4)
ANAMA cəbhəyanı ərazilərdə top mərmisi, raket, bombacıqlar aşkarlanyıb

27 Oktyabr 2020, 09:14 (GMT +4)
Türkiyənin Hatay vilayətində terror aktı baş verib

27 Oktyabr 2020, 09:00 (GMT +4)
Ermənilərin döyüş texnikası məhv edilib və sıradan çıxarılıb

27 Oktyabr 2020, 08:15 (GMT +4)
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib

27 Oktyabr 2020, 08:00 (GMT +4)
Cəbhədə son vəziyyət: Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində düşmən itki verərək geri oturdulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66