Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Bakıda məscidin icması xristianlara Pasxa yardımı ediblər (FOTOLAR)

20 Aprel 2020, 20:36 (GMT +4)

Bakı, 20 aprel, SalamNewsKoronavirus pandemiyasının yayılması fonunda, yardımsevər vətəndaşlarımızla yanaşı müxtəlif qurumlar, tanınmış simalar və şirkətlər öz yardım əlini imkansız ailələrə uzadıblar.

SalamNews xəbər verir ki, paytaxtın Məşədi Dadaş məscidi dini icması da artıq üçüncü həftədir ki, geniş xeyriyyə aksiyası keçirir.

İmkanlı soydaşlarımızın maddi dəstəyi və məscidin gənc könüllülərinin zəhməti ilə artıq mindən artıq ailə ərzaq yardımı alıb.

Lakin, bu dəfə Məşədi Dadaş məscidi əsrlərlə davam edən tolerantlıq ənənələrinə sadiq qalaraq nümunəvi bir addım atıb. Bildiyiniz kimi, aprelin 19-u xristian vətəndaşlarımız Pasxa bayramını qeyd ediblər. Bu münasibətlə məscid icması aztəminatlı xristian ailələrinə bayram azuqəsi paylayıb.

Məscidin imamı Hacı Şahin Həsənlinin sözlərinə görə, yardımlaşmaq, paylaşmaq hər birimizin insani vəzifəsidir: "Dinindən, milliyətindən asılı olmayaraq bizə müraciət edən hər kəsə yardım etməyə çalışırıq. Bu işdə əlindən gələn köməkliyi göstərən hər bir soydaşımıza təşəkkür edirəm. Bu çətin günlərdə ehtiyaclı ailələrə yardım etmək, xalqa xidmət etmək bizim üçün bir şərəfdir. Allaha dua edirik ki, çətin günlər tezliklə geridə qalsın".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hacı Şahini Qədr gecələrində yüz minə yaxın adam izləyib

Hacı Şahin: Xanım Fatimə (s) öz varlığı ilə tarixdə bir inqilab yaradıb

Hacı Şahin: Bu gün də dünya Peyğəmbər (s) nümunəsinə ehtiyaclıdır

Hacı Şahin Həsənli mükafatlandırılıb

Hacı Şahin: Xürafatla mübarizə apararkən diqqətli olmalıyıq ki, heç kim bu adla dəyərlərimizi hədəfə almasın

Mədəniyyət Televiziyasında Hacı Şahin Həsənlinin verilişi yayımlanacaq

Hacı Şahin Həsənli məhbuslarla görüşüb

20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

Aşura Azərbaycan xalqının ortaq dəyəridir - Hacı Şahin Həsənli

Dinimiz təcavüz dini deyil, onu dini ixtilaflar vasitəsinə çevirmək ən böyük xəyanətdir - Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli: Biz həm bu dünya, həm də axirət üçün yaşayırıq

İsrafçıq etməklə Allahın neməti bizdən üz çevirir - Hacı Şahin Həsənli

Məzhəb ixtilaflarının olması 12-ci İmamın zühurunun gecikməsinin səbəbidir - Hacı Şahin Həsənli

Məbəs günü İslam dininin doğum günüdür - Hacı Şahin Həsənli

Həzrəti Əlinin (ə) fəzilətləri danışdıqca bitmir - Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli: Şəhidlərin qanı hesabına xalq mövcud olur

Bu aylar çalışmalıyıq ki, Allaha daha da yaxın olaq - Hacı Şahin Həsənli

Dinin əsas missiyası cəmiyyətdə qardaşlığı bərqərar etməkdir - Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli türkiyəli jurnalistlərlə görüşüb (FOTOLAR)

Əzadarlıq mərasimlərinin keçirilməsi Əhli-beytə olan məhəbbətin ifadəsidir - Hacı Şahin Həsənli

06 İyun 2020, 21:10 (GMT +4)
Neftçalada su peroblemi ilə bağlı tədbirlər həyata keçirilib (FOTOLAR)

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66