Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Bakı Ali Neft Məktəbi MBA proqramına qəbul elan edib

22 Aprel 2020, 11:15 (GMT +4)

Bakı, 22 aprel, SalamNews.Bakı Ali Neft Məktəbi (BANM) MBA (Biznesin idarəedilməsi) proqramına qəbul elan edib.

Bu barədə SalamNews-a Ali Məktəbdən məlumat verilib.

Bildirilib ki, BANM-in MBA proqramında tələbələr idarəetmə və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edirlər. Kurslar olduqca praktik və əhatəlidir. Ali Məktəbdə MBA proqramını tədris edən şəxslər iri yerli və transmilli şirkətlərdə çalışan rəhbər vəzifəli şəxsləridir ki, bu da tələbələrə yalnız nəzəri deyil, eyni zamanda real təcrübələr haqqında biliklərə yiyələnməyə imkan verir.

Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənlər daxildir.

Kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin edilirlər.

Bakı Ali Neft Məktəbinin MBA proqramına qəbul Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

Dərslər həftə içi 3 gün olmaqla, axşam saatlarında təşkil edilir. Bütün dərslər yalnız ingilis dilində tədris edilir. Proqramın müvəffəqiyyətlə mənimsənilməsi üçün ingilis dilini bilmək əsas şərtdir. Belə ki, Dövlət İmtahan Mərkəzinin imtahanlarından uğurla keçən və BANM-in MBA proqramına qəbul olan tələbələrin qeydiyyat zamanı ingilis dili bilikləri daxili imtahan və ya müsahibə yolu ilə test edilir. Əgər tələbə ilkin bakalavr və ya magistr təhsilini tam olaraq ingilis dilində bitiribsə və ya uzun müddət əsas danışıq dilinin ingilis dili olduğu şirkətdə çalışıbsa bu zaman daxili imtahan keçirilməyə bilər.

BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Bunun üçün dünyada qəbul edilən əsas istiqamətlər müəyyənləşdirilib. Buraya “Maliyyənin idarəolunması”, “Biznes və iqtisadiyyat üçün statistika”, “Marketinq konsepsiyaları”, “Menecerlər üçün mühasibat”, “İdarəetmə və təşkilati davranış”, “İstehsalın və əməliyyatların idarəolunması”, “Strateji idarəetmə: nəzəriyyə və praktika”, “İdarəetmənin iqtisadiyyatı”, “İnformasiya Texnologiyalarının idarəolunması”, “Kapital qoyuluşu və Maliyyə strategiyaları”, “Xərclərin strateji idarəolunması”, “Strateji idarəetmə və biznes siyasəti”, “Bazarın öyrənilməsi və beynəlxalq biznes” daxildir.

BANM MBA tələbələri üçün müxtəlif sahələrdə biliklərini genişləndirmək və maraq sahəsini seçmək imkanı yaradır:

Tədqiqat metodologiyası

İnsan Resurslarının İdarəolunması

Beynəlxalq idarəetmə

Risklərin idarəolunması və sığortalama

Beynəlxalq maliyyə menecmenti

Biznes münasibəti

Beynəlxalq biznes qanunu

Layihələrin idarəolunması

Beynəlxalq əlaqələr

MBA-də əldə olunan bilik və bacarıqlar müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etməyə və tələbələrin özlərini yeni sahələrdə sınamağa imkan verəcək. İllik təhsil haqqı 5000 AZN kimi müəyyən edilib. Əlavə məlumat üçün (+99450) 8433058 nömrəli telefon və rovshan.budagov@socar.az e-poçtu vasitəsi ilə əlaqə saxlamaq mümkündür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-də buraxılış işlərinin onlayn müdafiəsinə başlanılıb

BANM-də onlayn final imtahanları davam edir

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

BANM-in daha 6 tələbəsi diplomsuz işə qəbul olub

BANM-ın 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara təşəkkür edib

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM-in tələbələri qlobal distant təhsil proqramının sertifikatlarını qazanıb

BANM dinləyici qəbulu elan edib

BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

Mehmet Karaca: BANM tezliklə regionda söz sahibi olacaq (MÜSAHİBƏ)

İstanbul Texnik Universitetinin rektoru BANM-də olub

BANM Rusiyada II Beynəlxalq Akademik Neft Konqresində təmsil olunub 

BANM Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

BANM koronavirus əleyhinə dezinfeksiya edilib

BANM Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb

29 May 2020, 22:05 (GMT +4)
Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66