Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

23 Aprel 2020, 13:18 (GMT +4)

Bakı, 23 aprel, SalamNews, K.Orxan. Bakıda Caspian European Club tərəfindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natıq Həsənovun iştirakı ilə keçirilmiş ilk onlayn B2G forum çərçivəsində COVİD 19 koronavirus pandemiyası dövründə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub.

SalamNews-un əməkdaşının iştirak etdiyi forumda Natiq Həsənov pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlara göstərilən maliyyə dəstəyi, eləcə də nəzərdə tutulan yeni dəstək mexanizmləri barədə məlumat verib, sahibkarların suallarını cavablandırıb.

Onlayn B2G forumunda çıxış edən Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırıqları əsasında COVİD19 koronavirus pandemiyası dövründə sahibkarlara maksimum dərəcədə dəstək verən Hökumətin iqtisadi blokunun nümayəndələrinin fəal mövqeyini vurğulayıb.

Qeyd edək ki, Caspian European Club-un hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda təşkil etdiyi B2G forumları dövlət və özəl sektor arasında dialoq üçün aparıcı vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinq üçün əlavə imkanlar yaradır. Aprelin 22-dən B2G forumları hər həftə onlayn rejimdə keçiriləcək.

İki saat yarım davam edən birinci onlayn B2Gforumun işində dövlət və özəl şirkətlərin top-menecerləri, bir sıra beynəlxalq təşkilatların və aparıcı kütləvi informasiya vasitələrinin rəhbər və nümayəndələri iştirak ediblər.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

KOBİA-nın dəstəyi ilə yeni layihənin icrasına başlanıb (FOTOLAR)

KOBİA sosial təşəbbüsə qoşulub (FOTO)

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

KOBİA da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

KOBİA sahibkarlara çağırış edib

KOBİA koronavirus infeksiyasına qarşı kompleks tədbirlər görür

KOBİA-da koronavirusun turizm sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib

Daha 3 könüllü gənc KOBİA-da işlə təmin edilib

KOBİA Böyük Britaniyada KOB sahəsində əməkdaşlığa dair bir sıra görüşlər keçirib

KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

KOBİA nümayəndələri Almaniyada bir sıra görüşlər keçirib

KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib

KOBİA-nın nizamnamə fondu iki dəfədən çox artırılıb

29 May 2020, 13:00 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

29 May 2020, 12:49 (GMT +4)
Əfqanıstanda koronavirusa yoluxanların sayı sürətlə artaraq 13 mini ötüb

29 May 2020, 12:45 (GMT +4)
DİM-də dövlət qulluğuna dair onlayn təlimlər başlayıb

29 May 2020, 12:30 (GMT +4)
Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb

29 May 2020, 12:15 (GMT +4)
Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

29 May 2020, 12:07 (GMT +4)
Avropa İttifaqı və Rusiya ABŞ-ın İranın nüvə proqramına qarşı yeni qərarını tənqid ediblər

29 May 2020, 12:05 (GMT +4)
Adil Əliyev qızıl ordenlə təltif edilib

29 May 2020, 12:00 (GMT +4)
Azərbaycanda qablaşdırılan dərman vasitələri 5 il yerli mal sayılacaq

29 May 2020, 11:45 (GMT +4)
28 May-Respublika Günü münasibətilə “Azercell”dən şəhid və əlil ailələrinə sovqat paylanılıb

29 May 2020, 11:30 (GMT +4)
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq

29 May 2020, 11:28 (GMT +4)
İranın şimal-qərb sərhədlərində silahlılarla qarşıdurma zamanı 3 əsgər həlak olub

29 May 2020, 11:15 (GMT +4)
Qubada avtomobil dərəyə aşıb

29 May 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

29 May 2020, 10:46 (GMT +4)
Prezident: "Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək"

29 May 2020, 10:43 (GMT +4)
ABŞ Dövlət Katibliyi Küveytə 1.4 milyard dollarlıq silah satışına razılıq verib

29 May 2020, 10:30 (GMT +4)
Dünyada COVID-19-dan sağalanların sayı 2,5 milyonu ötüb

29 May 2020, 10:15 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

29 May 2020, 10:05 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etiraz və qarşıdurmalar artır, Milli Qvardiya müdaxilə edib (VİDEO)

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66