Bu gün Mətbuat Şurasının Sədri Əflatun Amaşovun doğum günüdür26 Aprel 2020, 12:45 (GMT +4) Bakı, 26 aprel, SalamNews. Bu gün Azərbaycan Respublikası dövlət və ictimai-siyasi xadimi, tanınmış jurnalist və publisist, Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşovun doğum gündür.
SalamNews xatırladır ki, Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.1976-1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib.1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1985-1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.
1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir.
Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və Şöhrət ordeni ilə təltif edilib.
Əflatun Amaşov Azərbaycan Mətbuatının formalaşmasında və inkişafında əlindən gələni edib və bu gün də fəaliyyətini davam etdirir. SalamNews İnformasiya Agentliyinin Baş Direktoru Rəna Əkbərova başda olmaqla agentliyin kollektivi Əflatun Amaşovu səmimi qəlbdən təbrik edir, can sağlığı və işlərində uğurlar arzulayırlar!
|