Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Türk vətəndaşı Gömrük Hospitalında əməliyyatdan sonra ambulans təyyarə ilə vətəninə qayıdıb

27 Aprel 2020, 16:41 (GMT +4)

Bakı, 27 aprel, SalamNews. Bu günlərdə Türkiyənin Rizəşəhərindən olan 53 yaşlı sürücü M.Ç. Türkiyədən Azərbaycana etdiyi reys zamanı Bakıya çatarkən, halı qəfil pisləşib. Xəstə təcili vəziyyətdə Mərkəzi Gömrük Hospitalına gətirilib və təxirəsalınmaz əməliyyata alınıb.

Türkiyə vətəndaşı xəstəxanaya daxil olarkən vəziyyəti kritik olub. Belə ki, 15 mart 2020-ci il tarixində saat 23.15-də o, kəskin tip 1 aort disseksiyası diagnozu ilə xəstəxanaya daxil olub. Çəkilən kompüter tomoqrafiya müayinəsində onun ürək səviyyəsindən başlayaraq, beyin qan dövranı sistemi daxil olmaqla, enən və qarındaxili aortası qasıqlara qədər laylanmış şəkildə cırıldığı aşkar edilib. Preşok vəziyyətdə olan xəstə ailəsindən icazəsiz təxirəsalınmaz cərrahi əməliyyata alınıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov SalamNews-a bildirib ki, “Xəstəni müayinə edəndə yırtılma ilə əlaqədar ürəyin ətrafına qan sızdığını müşahidə etdik. Belə xəstələr çox vaxt bir neçə saat ərzində həyatlarını itirirlər. Odur ki, qısa bir zamanda komanda yığılaraq, gecə saat 12-də xəstə təcili əməliyyata alındı. 9 saat yarım çəkən bu əməliyyat çətinliklə başa çatdı. Əməliyyatdan sonra biz onun ailəsi ilə telefon əlaqəsi yaradaraq bildirdik ki, əməliyyat xəstəyə həyatda qalmağa bir şans vermək üçün tətbiq olundu.

Belə ki, xəstəyə ürək damarlarının şuntlanması, eyni zamanda aort qapaq protezləşdirilməsi, qalxan aorta və qövsvari aorta protezləşdirilməsi tətbiq olundu. Beyinə gedən qan axını bərpa olunmuşdu. Əməliyyat müdətində xəstənin almış olduğu digər orqan zədələri; böyrək, qaraciyər və ürəyin funksiyaları tamamilə pozulmuşdu, beyin fonksiyaları haqqında məlumatımız demək olar ki, yox idi. Uğurlu cərrahiyə sonrası bir həftə aparılan reanimasiya tədbirləri nəticəsində böyrək, qaraciyər və ürək funksiyaları normallaşmağa başladı.

Ümidimizin az olmasına baxmayaraq, əməliyatdan 4 gün sonra xəstəmiz koma vəziyyətindən çıxdı. Bu diagnozla xəstə dəqiqələr içində qərar verilərək uzunmüddətli əməliyyata girilməsəydi, onun həyatda qalma şansı demək olar ki, sıfıra bərabər idi. 2 gün əvvəl xəstənin yaxın qohumlarının istəyi nəzərə alınaraq Türkiyənin ölkəmizdəki səfiri və Türkiyə Səhiyyə Nazirliyi karantin rejimini, ailənin psixoloji vəziyyətini və uzunmüddətli reabilitasiya ehtiyacını nəzərə alaraq, xəstəmizi Rizə şəhərindəki dövlət xəstəxanasına transfer etmək qərarı verdi. Nəticədə Türkiyə Cümhuriyyətinin Səhiyyə nazirinin göstərişi ilə Azərbaycana ambulans təyyarə göndərildi, xəstənin gələcək reabilitasiyası üçün o, ölkəsinə transfer olundu”.

“İnkişaf etmiş ölkələrin səhiyyələri üçün belə çətin olan bu situasiyanın nəticəsi bizi çox sevindirdi. Ailəsi, Türkiyə Səhiyyə nazirliyi və Səfirlik tərəfindən aldığımız təşəkkür məsajları komanda olaraq qürur qaynağımız oldu. Əlbəttə ki, bütün bunlar ölkə səhiyyəsinin inkişafı ilə yanaşı xəstəxanalarımızın yüksək-texnoloji vəziyyətinin göstəricisi, nəhayət, ən çətin karantin anlarında belə Azərbaycan-Türkiyə qardaşlığının gözəl bir nümunəsidir.
Biz xəstəmizə bundan sonrakı tibbi müalicəsi və reabilitasiya işlərində də uğurlar arzulayır, bir daha “keçmiş olsun” deyirik, - deyə, Dr.Rəşad Mahmudov əlavə edib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb

Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə köçürülən vəsait açıqlanıb

Gömrükçülər avtomobillərdə mobil telefonlar və dərman preparatları aşkar edib

Gömrükdə mobil telefonlar, siqaretlər və dərman preparatları aşkarlanıb

Gömrük Akademiyasının məzunu: İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Dövlət Gömrük Komitəsi həbs olunan şöbə rəisi ilə bağlı məlumat yayıb

Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən tutulub

Gömrükçülər siqaret və dərman qaçaqmalçılığının qarşısını alıb

Gömrükdən qanunsuz keçirilən “iPhone” müsadirə edilib

Gömrük Akademiyasında onlayn imtahanlar davam edir 

Gömrükdə siqaret və dərman preparatları aşkarlanıb

Gömrükçülər mobil telefon və dərman preparatlarının qanunsuz idxalının qarşısını alıb

Dövlət Gömrük Komitəsinə yeni vəzifə həvalə edilib

Gömrükçülər İranla sərhəddə 108 kiloqram heroin aşkar edib

Gömrük Komitəsinin “Telegram” kanalı fəaliyyətə başlayıb

Gömrük Akademiyası yeni ixtisaslaşma üzrə qəbul elan edib

Mayda Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 348,2 milyon manat olub

Mərkəzi Gömrük Hospitalı Teletibb xidməti göstərir

14 İyul 2020, 19:43 (GMT +4)
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO

14 İyul 2020, 18:07 (GMT +4)
Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

14 İyul 2020, 18:00 (GMT +4)
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

14 İyul 2020, 17:55 (GMT +4)
Lukaşenko seçkiqabağı çıxışlardan imtina edib

14 İyul 2020, 17:54 (GMT +4)
Təbriz universitetinin professoru Azərbaycan xalqına başsağlığı verib

14 İyul 2020, 17:52 (GMT +4)
Azərbaycan dili imtahanlarının nəticələri elan olunub

14 İyul 2020, 17:40 (GMT +4)
Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

14 İyul 2020, 17:28 (GMT +4)
İran Ayasofiyanın məscid elan edilməsinə münasibət bildirib

14 İyul 2020, 17:17 (GMT +4)
Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

14 İyul 2020, 17:16 (GMT +4)
Saakaşvili Ukrayna və Gürcüstanla bağlı "böyük planları" olduğunu açıqlayıb

14 İyul 2020, 17:10 (GMT +4)
XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

14 İyul 2020, 16:55 (GMT +4)
Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu açıqlayıb

14 İyul 2020, 16:50 (GMT +4)
İranlı deputat: Region xalqları Qarabağı işğalçılarda saxlamayacaq

14 İyul 2020, 16:40 (GMT +4)
Xudatda karantini pozan şəxslərdən narkotik götürülüb

14 İyul 2020, 16:25 (GMT +4)
Lavrov və Pompeo BMT-nin “nüvə beşliyinin” növbəti görüşünün keçirilməsini müzakirə ediblər

14 İyul 2020, 16:12 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz aparatı və döyüş heyəti məhv edilib

14 İyul 2020, 16:03 (GMT +4)
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlanıb (RƏSMİ)

14 İyul 2020, 15:52 (GMT +4)
Əmək qanunvericiliyinin pozulması ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib

14 İyul 2020, 15:49 (GMT +4)
Türkiyənin vitse-prezidenti Azərbaycana dəstək ifadə edib

14 İyul 2020, 15:36 (GMT +4)
ABŞ aviadaşıyıcısında baş verən yanğının səbəbi təxribatdır – İsrail rəsmisi

14 İyul 2020, 15:30 (GMT +4)
Rəsmi Bakı: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

14 İyul 2020, 15:24 (GMT +4)
Mayami "yeni Uxan"  adlandırılıb

14 İyul 2020, 15:13 (GMT +4)
Azərbaycan millisi UEFA Millətlər Liqasındakı oyunlarını BOS-da keçirəcək

14 İyul 2020, 15:00 (GMT +4)
İran parlamentinin idarə heyətinin üzvü: Qarabağ Azərbaycan torpağıdır və gec-tez ona qayıtmalıdır

14 İyul 2020, 14:53 (GMT +4)
MN: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

14 İyul 2020, 14:48 (GMT +4)
Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır

14 İyul 2020, 14:36 (GMT +4)
Kərim Vəliyev: Düşmənin 100-ə qədər canlı qüvvəsi və çoxlu texnikası məhv edilib

14 İyul 2020, 14:18 (GMT +4)
AQTA 76 iaşə və ərzaq satışı müəssisəsində qayda pozuntusu aşkarlayıb

14 İyul 2020, 14:15 (GMT +4)
ABŞ-da hərbi gəmidə yanğın nəticəsində 59 nəfər xəsarət alıb

14 İyul 2020, 13:58 (GMT +4)
İranda ABŞ-a cəsusluqda ittihamlandırılan sabiq Müdafiə Nazirliyi işçisi edam edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66