Suriyanın Afrin şəhərində bir neft tankeri partladılıb, azı 40 ölü var (VİDEO)
29 Aprel 2020, 09:04 (GMT +4)
Bakı, 29 aprel, SalamNews, B.Samid. Suriyanın şimalında Türkiyənin dəstəklədiyi birləşmələrin nəzarətində olan Afrin şəhəri şiddətli partlayışlara məruz qalıb.
SalamNews Anadolu-Arabic -ə istinadla xəbər verir ki, ötən gün axşam saatlarında Afrin şəhərində bir neft tankerinin partladılması ilə terror aktı törədilib.
Partlayış nəticəsində azı 40 nəfər həyatını itirib ki, onların arasında Türkiyənin dəstəklədiyi silahlı birləşmələrin 6 üzvü və 11 uşaq var.
Afrinin mərkəzində Racu küçəsində törədilən bu şiddətli partlayışda daha 47 nəfərin yaralandığı bildirilib. Onların bəzilərinin vəziyyəti ağırdır.
Terror aktından az sonra şəhərin digər kvartalında növbəti partlayış törədilib. İkinci partlayış yalnız maddi xəsarətlərlə nəticələnib.
Bu silsilə terror aktlarını hələ heç bir qruplaşma üzərinə götürməyib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.