"WhatsApp"da koronavirusla bağlı yeni funksiya yaranıb29 Aprel 2020, 09:40 (GMT +4) Bakı, 29 aprel, SalamNews. "WhatsApp" messenceri qrup istifadəçilərinin sayını iki dəfə artırıb.
SalamNews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.
İndi eyni vaxtda qrupda 8 nəfər ünsiyyət qura bilər. Əvvəllər bu funksiya yalnız test versiyalarında mövcud idi.
Yenilik, koronavirus pandemiyası səbəbindən insanların onlayn ünsiyyətdən, xüsusən qrup şəklində səsli və video danışıqlarından daha çox istifadə etməyə başlamaları ilə əlaqədardır.
|