Suriyada koronavirusa görə bağlanan ticarət mərkəzləri və bazarlar yenidən açılıb29 Aprel 2020, 09:55 (GMT +4) Bakı, 29 aprel, SalamNews, B.Samid. Suriya hökuməti koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri fonunda bir ay öncə bağlanılan bazar və ticarət mərkəzlərinin bu gündən açıldığını bildirib.
SalamNews bu barədə SANA-a istinadla xəbər verir.
Bildirilib ki, aprelin 29-dan etibarən Suriyada ticarət mərkəzləri, bazarlar və digər xidməti sahələr səhiyyə qaydalarına əməl etmək şərtilə açıq elan ediliblər.
Həmçinin Suriyada əyalətlərdə rayonlararası nəqliyyat və gediş gəliş də bərpa edilib.
Suriya hökuməti bir ay öncə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə fövqəladə karantin vəziyyəti elan etmişdi.
Bu ölkədə indiyədək 45 nəfər Covid-19 virusuna yoluxub və 3 nəfər həyatını itirib.
|