ƏƏSMN: 142 - Çağrı Mərkəzi tərəfindən 165 mindən çox müraciət cavablandırılıb30 Aprel 2020, 11:15 (GMT +4) Bakı, 30 aprel, SalamNews.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, təkcə aprel ayında 142 - Çağrı Mərkəzi tərəfindən vətəndaşların 165 mindən çox müraciəti cavablandırılıb.
Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlı olub.
Zənglər saat 09:00-dan 24:00-a kimi 100 operator tərəfindən cavablandırılır.
|