Trampın prezident seçkilərindəki rəqibi Qüdslə bağlı planını açıqlayıb30 Aprel 2020, 11:03 (GMT +4) Bakı, 30 aprel, SalamNews, B.Samid. ABŞ-da keçiriləcək prezident seçkilərində demokratçıların namizədi Cozef Bayden Qüdsdə səfirliyin yerləşməsilə bağlı mövqeyini açıqlayıb.
SalamNews FransPress-ə istinadla xəbər verir ki, Cozef Bayden ABŞ-ın Qüdsdəki səfirliyinin yerində qalacağını və Təl-Əvivə qaytarılmayacağını vəd edib.
Cozef Bayden Donald Tramp Administrasiyası tərəfindən Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsinə görə təəssüf etdiyini və bu addımın Yaxın Şərqdə sülh prosesinə maneə yaratdığını deyib.
Donald Trampın rəqibi buna baxmayaraq, son açıqlamasında bildirib ki, o ABŞ səfirliyinin Qüdsdə qalması, Şərqi-Qüdsdə fələstinlilərlə danışıqları bərpa etmək üçün ABŞ konsulluğunun yenidən açılması və iki dövlətin təsisi prinsipinin icrasını nəzərdə tutacaq.
|