İsraildən sonra Səudiyyə də Almaniyada Hizbullah-ın terror siyahısına salınmasını alqışlayıb30 Aprel 2020, 16:37 (GMT +4) Bakı, 30 aprel, SalamNews, B.Samid. İsraildən sonra Səudiyyə Ərəbistanı da Almaniyada Hizbullah təşkilatınn terror siyahısına salınmasını alqışlayıb və digər dövlətləri də eyni addımı atmağa çağırıb.
SalamNews Səudiyyə Ərəbistanın Dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat verib.
Bəyanatda bildirilib ki, “Almaniyanın Hizbullahı terror siyahısına salması böyük əhəmiyyət kəsb edir və bu region və dünyada sabitliyin və təhlükəsizliyin bərpa edilməsi üçün zəruridir.”
Qeyd edək ki, bundan öncə İsrail də Hizbullahı terror siyahısına əlavə etdiyinə görə Almaniyaya təşəkkür edib.
Bundan öncə Almaniya Daxili İşlər Nazirliyi ölkə ərazisində Hizbullahın fəaliyyətinin qadağan edildiyi, bu təşkilatın terror siyahısına salındığı və ölkədə təşkilata üzvlükdə şübhəli bilinənlərin saxlanıldığını bəyan edib.
Xatırladaq ki, ABŞ və İsrail bir sıra Avropa dövlətlərini Hizbullahın siyasi cınahını da terror təşkilatı kimi tanımağa çağırırlar.
Hizbullah hazırda Livan hökuməti və parlamentində bir sıra nazir və deputatları ilə təmsil edilir.
|