Çilidə 5,2 bal gücündə zəlzələ baş verib30 Aprel 2020, 17:28 (GMT +4) Bakı, 30 aprel, SalamNews. Çilinin şimalında Sakit okean sahillərində 5.2 bal gücündə zəlzələ baş verib.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə "Cooperativa" radiostansiyası Cənubi Amerika ölkəsinin Milli Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, episentr təxminən 4 min əhalinin yaşadığı San-Pedro de Atakama şəhərindən 27 km şimalda yerləşib. Yeraltı təkanlar 130 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə hazırda məlumat yoxdur.
Sunami təhlükəsi elan edilməyib.
|