Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

AFFA hüquqi tənzimləmələr üzrə Təlimat hazırlayıb

01 May 2020, 09:16 (GMT +4)

Bakı, 1 may, SalamNews.Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar futbol sahəsində yaranmış mövcud vəziyyəti dəyərləndirərək və FIFA-nın müvafiq tövsiyələrini nəzərə alaraq, AFFA hüquqi tənzimləmələr üzrə təlimat hazırlayıb.

SalamNews-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimatda əsasən 3 əsas istiqamət öz əksini tapıb. Bunlar, müddəti bitən müqavilələr və yeni müqavilələr, müqavilənin icrasının mümkün olmadığı hallar və qeydiyyat dövrləridir.

" 1-ci istiqamətlə bağlı Təlimatda qeyd olunan əsas tövsiyələr aşağıdakılardır:

- Müqavilənin bitmə tarixi cari futbol mövsümünün əvvəlcədən müəyyən olunmuş başa çatma tarixi ilə eynidirsə, müqavilənin müddəti mövsümün yeni başa çatma tarixinə qədər uzadılsın.
- Müqavilə növbəti mövsümün əvvəlcədən müəyyənləşdirilmiş başlanğıc tarixində qüvvəyə minirsə, bu müqavilənin qüvvəyə minməsi növbəti futbol mövsümünün yeni başlanğıc tarixinə qədər təxirə salınsın.

Təlimatdakı 2-ci istiqamət özündə əsasən bunları ehtiva edir:

- COVID-19 pandemiyası ilə əlaqədar yarışların təxirə salındığı müddətdə və daha sonra iş şəraitinin şərtləri barədə klublar və əməkdaşları (oyunçular və məşqçilər) birlikdə müzakirələr apararaq klub və ya liqa səviyyəsində razılaşmalar əldə etməyə çalışmalıdırlar.
- Futbol klubları və əməkdaşlar (futbolçular) razılığa gələ bilmirsə və ya müqavilələrin şərtlərini dəyişməklə bağlı birtərəfli qərar verilirsə, əməkdaş ilə klub arasında bağlanmış müqaviləyə uyğun olaraq, aidiyyəti məsələyə AFFA və ya FIFA-nın hüquq tətbiqedici orqanları, o cümlədən Azərbaycan Respublikasının məhkəmə orqanları tərəfindən qiymət veriləcək.

3-cü istiqamət üzrə isə əsasən aşağıdakılar qeyd olunub:

- FIFA-nın qaydalarına uyğun olaraq, üzv assosiasiyalar qeydiyyat dövrü başlayana qədər xüsusi hallarda qeydiyyat dövrlərini dəyişdirə bilər. COVID-19 pandemiyası xüsusi hal hesab olunduğu üçün zəruri olacağı halda cari mövsümün uzadılması, cari qeydiyyat dövrlərinin və növbəti qeydiyyat dövrlərinin tarixlərinin dəyişdirilməsi barədə AFFA tərəfindən qərar qəbul oluna bilər.
- COVID-19 pandemiyasının yayılması ilə bağlı şəraiti nəzərə alaraq, istisna hal kimi COVID-19 səbəbilə müqaviləsi başa çatmış və ya müqaviləsinə xitam verilmiş peşəkar oyunçu başa çatma və ya xitamvermə tarixindən asılı olmayaraq, qeydiyyat dövrünün xaricində assosiasiya tərəfindən qeydiyyata alınmaq hüququna malikdir".

Qeyd olunub ki, təlimat münasibət bildirilməsi üçün Peşəkar Futbol Liqasına, Premyer Liqada çıxış edən klublara göndərilib və AFFA-ya bununla bağlı hər hansı yeni təklif, qeyd və irad daxil olmayıb:

"COVID-19 pandemiyası ilə əlaqədar AFFA-nın İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün müvafiq Təlimat İcraiyyə Komitəsinin bütün üzvlərinə göndərilib və hər bir üzvün münasibəti öyrənilib. İcraiyyə Komitəsi üzvlərinin bütün qeydləri Təlimatın son verisiyasında müvafiq qaydada öz əksini tapıb. AFFA klublara mövcud vəziyyətdə qarşıya çıxan məsələlərin Təlimatda göstərilən tövsiyələrə uyğun olaraq, qarşılıqlı razılıq əsasında tənzimlənməsini tövsiyə edir. Təlimatın müddəaları mövcud vəziyyətə uyğun olaraq yenilənə bilər" - deyə, məlumatda qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AFFA prezidenti "Qarabağ"ı təbrik edib

FIFA AFFA-ya başsağlığı verib

AFFA yeni şirkətlə razılığa gəlib

AFFA klublara toplar təqdim edib

AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb

AFFA gənc futbolçular üçün məşq proqramı hazırlayıb

AFFA e-Mili Liqaya start verir

2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələr gözləyir -AFFA prezidenti

AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

AFFA-nın baş katibi UEFA-nın İcraiyyə Komitəsinin iclasında iştirak edib

AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

AFFA “Düdelanj” – “Qarabağ” oyununda baş verən təxribatla bağlı bəyanat yayıb

AFFA UEFA-ya rəsmi qaydada müraciət edəcək

AFFA-nın əməkdaşı “Dinamo”–“Atalanta” oyununa təyinat alıb

AFFA-nın birinci vitse-prezidenti milli komanda ilə görüşüb

AFFA daha iki süni örtüklü meydança istifadəyə verib

28 Oktyabr 2020, 14:54 (GMT +4)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur

28 Oktyabr 2020, 14:47 (GMT +4)
Həsən Ruhani islamofob fikirlərinə görə Fransa prezidentini tənqid edib

28 Oktyabr 2020, 14:44 (GMT +4)
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 93 namizəd uğur qazanıb

28 Oktyabr 2020, 14:40 (GMT +4)
Tramp Rusiya və Çinin ABŞ silahlarına həsəd apardıqlarını açıqlayıb

28 Oktyabr 2020, 14:34 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs yaralanıb

28 Oktyabr 2020, 14:25 (GMT +4)
Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb

28 Oktyabr 2020, 14:13 (GMT +4)
ABŞ Belarusdakı etirazçılara dəstəyini yeniləyib

28 Oktyabr 2020, 14:06 (GMT +4)
Hikmət Hacıyevdən Bərdəyə bugünkü hücumla bağlı açıqlama verib

28 Oktyabr 2020, 14:02 (GMT +4)
MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

28 Oktyabr 2020, 14:00 (GMT +4)
MN: Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır

28 Oktyabr 2020, 13:48 (GMT +4)
Ceyhun Bayramov İran prezidentinin xüsusi elçisi ilə görüşüb

28 Oktyabr 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

28 Oktyabr 2020, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib

28 Oktyabr 2020, 13:06 (GMT +4)
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri davam etdirilir

28 Oktyabr 2020, 13:00 (GMT +4)
Pərviz Şahbazov: Ermənistan Azərbaycanın enerji təhlükəsizliyini təhdid edir

28 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirilib

28 Oktyabr 2020, 12:30 (GMT +4)
Daxili İşlər Nazirliyi yenidən terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

28 Oktyabr 2020, 12:28 (GMT +4)
İngiltərədə COVID-19 xəstələrinin sayı son gündə təxminən 23 min nəfər artıb

28 Oktyabr 2020, 12:15 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" agentliyinə müsahibə verib

28 Oktyabr 2020, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarının siyahısını yayımlayıb

28 Oktyabr 2020, 11:52 (GMT +4)
ÜST son həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb

28 Oktyabr 2020, 11:50 (GMT +4)
MN: Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)

28 Oktyabr 2020, 11:40 (GMT +4)
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb

28 Oktyabr 2020, 11:26 (GMT +4)
MN: Düşmən Tərtəri raket atəşinə məruz qoyub

28 Oktyabr 2020, 11:22 (GMT +4)
Baş Prokurorluq: Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində ölənlərin sayı 69-a çatıb

28 Oktyabr 2020, 11:20 (GMT +4)
Gürcüstanda son sutkada 1.731 nəfər koronavirusa yoluxub

28 Oktyabr 2020, 11:05 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

28 Oktyabr 2020, 11:00 (GMT +4)
Məhərrəm Əliyev: Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir

28 Oktyabr 2020, 10:51 (GMT +4)
ABŞ-da polis şiddətinə qarşı etirazlar davam edir

28 Oktyabr 2020, 10:45 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər bahalaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66