Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DTX Biləsuvarda keçirilən əməliyyatla bağlı məlumat yayıb

01 May 2020, 12:06 (GMT +4)

Bakı, 1 may, SalamNewsAzərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, toplanılmış materiallar üzrə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilmişdir.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülmüşdür.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda araşdırmalar davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Yanvar 2021, 18:02 (GMT +4)
"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22 Yanvar 2021, 18:00 (GMT +4)
“Where is Karabakh” platorması istifadəyə verilib

22 Yanvar 2021, 17:54 (GMT +4)
Forbes: "Alibaba"nın qurucusu ictimaiyyət qarşısına çıxmaqla milyard dollar qazanıb

22 Yanvar 2021, 17:45 (GMT +4)
ARDNF-in 2020-ci il üzrə gəlir və xərcləri açıqlanıb

22 Yanvar 2021, 17:30 (GMT +4)
Samuxda 40 km-lik yerli əhəmiyyətli yol yenidən qurulub

22 Yanvar 2021, 17:26 (GMT +4)
Rusiya Azərbaycandan olan beş şirkətdən pomidor idxalına qadağa qoyub

22 Yanvar 2021, 17:15 (GMT +4)
MN Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycan ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

22 Yanvar 2021, 16:55 (GMT +4)
Zinəddin Zidan koronavirusa yoluxub

22 Yanvar 2021, 16:45 (GMT +4)
Qeyri-sabit hava şəraitində "Azərişıq" ASC-nin Qəza xidməti 24 saat fasiləsiz iş başında olub (VİDEO)

22 Yanvar 2021, 16:42 (GMT +4)
BMT Suriyada kürd bölmələrinin nəzarətindəki düşərgələrin vəziyyətilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2021, 16:30 (GMT +4)
Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22 Yanvar 2021, 16:25 (GMT +4)
Almaniyada koronavirusdan ölənlərin sayı 50 mini keçib

22 Yanvar 2021, 16:16 (GMT +4)
Gənclər təşkilatları beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində hərəkətə keçir

22 Yanvar 2021, 16:15 (GMT +4)
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

22 Yanvar 2021, 16:00 (GMT +4)
XİN Avropa Parlamentinin qətnaməsini şərh edib: Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb

22 Yanvar 2021, 15:58 (GMT +4)
Türkiyə NATO-nun Əfqanıstan və İraqdakı missiyasına dəstək verməyə davam edəcək 

22 Yanvar 2021, 15:45 (GMT +4)
Gömrükçülər qanunsuz dərman preparatları və mobil telefonlar aşkarlayıb

22 Yanvar 2021, 15:39 (GMT +4)
İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb

22 Yanvar 2021, 15:30 (GMT +4)
Şuşada yeni yarımstansiya tikilir (VİDEO)

22 Yanvar 2021, 15:28 (GMT +4)
Putin və AŞ rəhbəri Navalnı ilə bağlı vəziyyəti müzakirə edib

22 Yanvar 2021, 15:15 (GMT +4)
Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

22 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb

22 Yanvar 2021, 14:57 (GMT +4)
Çində son sutkada 222 nəfər koronavirusa yoluxub

22 Yanvar 2021, 14:45 (GMT +4)
MN Füzuli rayonunun Qarğabazar kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 14:36 (GMT +4)
Əfqanıstanda qarşılıqlı hücumlar davam edir, Baqlan və Nimruzda 8 hərbçi həlak olub

22 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub

22 Yanvar 2021, 14:27 (GMT +4)
ABŞ-da soyuducunun səhvən söndürülməsi nəticəsində 2000 doz peyvənd korlanıb

22 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb

22 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66