Yəmənin Sokotra adasında Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında döyüşlər başlayıb01 May 2020, 14:45 (GMT +4) Bakı, 1 may, SalamNews, B.Samid. Yəməndə separatçı meyilli “Keçid Şurası”nın muxtariyyət elan etməsindən sonra ölkənin cənub əyalətlərində qarşıdurmalar ciddiləşib. Bəzi bölgələrdə silahlı qarşıdurmalar yenidən aktivləşib.
SalamNews Əl-Cəzirəyə istinadla xəbər verir ki, bu gün Yəmənin Solotra adasında Səudiyyə Ərəbistanın dəstəklədiyi prezident Abdu-Rabbih Mansur Hadinin qüvvələrilə Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi “Cənubun Keçid Şurası” qüvvələri arasında silahlı qarşıdurma başlayıb.
Separatçı meyilli “Cənubun Keçid Şurası” Sokotra əyalətinin inzibati mərkəzi Hadibuda hökumətin qüvvələrinə bir neçə istiqamətdən hücuma keçiblər.
Ötən gün “Cənubun Keçid Şurası” 3,625 kvadrat km ərazisi olan bu adada əsas hərbi qərargahlardn birini ələ keçirmişdilər.
Qeyd edək ki, “Cənubun Keçid Şurası” ötən həftə ölkənin cənub əyalətlərində yerli özünüidarəetmə hökuməti və fövqəladə vəziyyət elan ediblər. Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başçılıq etdiyini bildirən Səudiyyə Ərəbistanı separatçıları geri addım atmağa və ər-Riyad anlaşmasına qayıtmağa çağırıb.
|