Səudiyyə Yəmənin gömrük keçidinə aviazərbələr endirib, onlarla yük maşını yanıb (FOTO)02 May 2020, 10:38 (GMT +4) Bakı, 2 may, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı hərbi koalisiyasının təyyarələri ötən gecə Yəmənin əl-Bəyda əyalətinə şiddətli hava zərbələri endiriblər.
SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın hərbi təyyarələri ötən gecə əl-Bəyda əyalətində əl-Əffar gömrük keçidinə şiddətli hava zərbələri endirib.
Burada arzaq və məişət əşyaları daşıyan onlarla maşın sıradan çıxıb.
11 maşın tam şəkildə yanıb.
Beş sürücünün yaralandığı, 4-nün taleyi isə naməlum olaraq qalır.
Bildirək ki, Səudiyyə Ərəbistanı və rəhbərlik etdiyi hərbi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar.
|