CNN: “iPhone” üzlərdəki maskaları tanımağı öyrənəcək02 May 2020, 14:18 (GMT +4) Bakı, 2 may, SalamNews. İT təminatçıları “iOS” yenilənmə mexanizminə “Face ID” proqramının üzə qoruyucu maskanın taxılıb-taxılmadığını müəyyən edən funksiya əlavə ediblər. Beta-versiyada “iOS 13.5” üztanıma sistemi istifadəçinin üzündə qoruyucu maskanın olmasını müəyyənləşdirəcək və şifrəni daxil etməklə dərhal cihazı blokdan çıxarmağı təklif edəcək. Əməliyyat sisteminin daha öncəki versiyalarında bu bir neçə saniyə vaxt aparır.
SalamNews-un CNN-ə istinadən verdiyi xəbərə görə, “Face ID” sahibi maskanı çıxarmayanadək telefonu bloklaşdırmadan ayıra bilməsə də, istifadəçinin vaxtına xeyli qənaət edəcək.
|