Sepah Suriyada generallarından birinin terror edilməsini təkzibləyib02 May 2020, 16:17 (GMT +4) Bakı, 2 may, SalamNews, B.Samid. İranın İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) general Əli Hacızadənin Suriyada terror edilməsini təkzibləyib.
SalamNews FarsNews-a istinadla xəbər verir ki, bu barədə Sepah mənbələri məlumat veriblər.
Bildirilib ki, ötən gün bəzi ərəb KİV-lərinin Sepah-ın Hava Qüvvələrinin komandanı Əli Hacızadənin Suriyada Homs əyalətinin şərqində İsrailin hava zərbələri nəticəsində terror edilməsi xəbərini qətiyyətlə təkzib edir.
Əlavə edilib ki, mərkəzi Səudiyyə Ərəbistanından idarə edilən sosial şəbəkələr və KİV-lər vasitəsilə yayımlanan oxşar iddialar bundan öncə bir neçə dəfə səsləndirilib. Bu iddialar əsasən də İsrailin Suriyaya hava zərbələrindən dərhal sonra səsləndirilir.
Sepah mənbələri bildirib ki, general Əli Hacızadə hazırda işinin başındadır.
|