Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Baş Prokurorluq: Daha 6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb

05 May 2020, 12:20 (GMT +4)

Bakı, 5 may, SalamNews.Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Lənkəran və Yevlax şəhər, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul Rayon İcra hakimiyyətləri başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Araşdırmalarla Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafail Alışovun vəzifə səlahiyyətlərindən sui istifadə edərək Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımlarının paylanması zamanı neqativ hallara yol verib ərzaq paylarını özünün yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən olunub.

Yevlax Şəhər İcra hakimiyyəti başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mikayıl Əsədovun da eyni xarakterli qanun pozuntusuna yol verərək qulluq mövqeyindən sui-istifadə edib imkansız ailələrə göndərilmiş ərzaq yardım qutularını açaraq müxtəlif sayda və növdə məhsulları götürüb ərzaq yardımlarını natamam paylamasına şübhələr üçün əsaslar müəyyən olunub.

Bundan başqa, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsir Qədirovun, Salyan Rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirovun və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hətəm Əzizovun vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Navahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Baxşıyev və Qarasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən İlknur Hüseynov tərəfindən də eyni xarakterli qanun pozuntusuna yol verilməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

Həmin şəxslər müvafiq rayon icra hakimiyyətləri başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanmış materiallar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Rusiyada son sutkada 175 nəfər koronavirusdan ölüb  

Qırğızıstan XIN rəhbəri koronavirusa yoluxub

ABŞ-da koronavirus peyvəndinin istehsalına başlanacaq

ÜST: Dünyada 13 milyondan çox insan koronavirusa yoluxub

Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib

İranda daha bir deputat koronavirusdan vəfat edib

ABŞ-da koronavirusdan ölüm hallarının artacağı gözlənilir

İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb

Rusiyada son sutkada 6,5 mindən çox insan koronavirusa yoluxub

Putin Rusiyada koronavirusdan ölüm hallarının digər ölkələrə nisbətən daha az olduğunu açıqlayıb

Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxub

ÜST dünyada rekord sayda insanın koronavirusa yoluxduğunu açıqlayıb

BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

Rusiyada son sutkada 188 koronavirus xəstəsi ölüb

Dünya dövlətlərindən heç biri koronavirusa görə iqtisadiyyatını 6 aylıq dayandıra bilməz – İran prezidenti

ABŞ-da bir gün ərzində rekord sayda 63,2 min nəfər koronavirusa yoluxub

ÜST son sutkada dünyada rekord sayda insanın koronavirusa yoluxduğunu açıqlayıb

Sobyanin Moskvada koronavirusun ikinci dalğası ehtimalını dəyərləndirib

14 İyul 2020, 19:43 (GMT +4)
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO

14 İyul 2020, 18:07 (GMT +4)
Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

14 İyul 2020, 18:00 (GMT +4)
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

14 İyul 2020, 17:55 (GMT +4)
Lukaşenko seçkiqabağı çıxışlardan imtina edib

14 İyul 2020, 17:54 (GMT +4)
Təbriz universitetinin professoru Azərbaycan xalqına başsağlığı verib

14 İyul 2020, 17:52 (GMT +4)
Azərbaycan dili imtahanlarının nəticələri elan olunub

14 İyul 2020, 17:40 (GMT +4)
Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

14 İyul 2020, 17:28 (GMT +4)
İran Ayasofiyanın məscid elan edilməsinə münasibət bildirib

14 İyul 2020, 17:17 (GMT +4)
Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

14 İyul 2020, 17:16 (GMT +4)
Saakaşvili Ukrayna və Gürcüstanla bağlı "böyük planları" olduğunu açıqlayıb

14 İyul 2020, 17:10 (GMT +4)
XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

14 İyul 2020, 16:55 (GMT +4)
Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu açıqlayıb

14 İyul 2020, 16:50 (GMT +4)
İranlı deputat: Region xalqları Qarabağı işğalçılarda saxlamayacaq

14 İyul 2020, 16:40 (GMT +4)
Xudatda karantini pozan şəxslərdən narkotik götürülüb

14 İyul 2020, 16:25 (GMT +4)
Lavrov və Pompeo BMT-nin “nüvə beşliyinin” növbəti görüşünün keçirilməsini müzakirə ediblər

14 İyul 2020, 16:12 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz aparatı və döyüş heyəti məhv edilib

14 İyul 2020, 16:03 (GMT +4)
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlanıb (RƏSMİ)

14 İyul 2020, 15:52 (GMT +4)
Əmək qanunvericiliyinin pozulması ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib

14 İyul 2020, 15:49 (GMT +4)
Türkiyənin vitse-prezidenti Azərbaycana dəstək ifadə edib

14 İyul 2020, 15:36 (GMT +4)
ABŞ aviadaşıyıcısında baş verən yanğının səbəbi təxribatdır – İsrail rəsmisi

14 İyul 2020, 15:30 (GMT +4)
Rəsmi Bakı: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

14 İyul 2020, 15:24 (GMT +4)
Mayami "yeni Uxan"  adlandırılıb

14 İyul 2020, 15:13 (GMT +4)
Azərbaycan millisi UEFA Millətlər Liqasındakı oyunlarını BOS-da keçirəcək

14 İyul 2020, 15:00 (GMT +4)
İran parlamentinin idarə heyətinin üzvü: Qarabağ Azərbaycan torpağıdır və gec-tez ona qayıtmalıdır

14 İyul 2020, 14:53 (GMT +4)
MN: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

14 İyul 2020, 14:48 (GMT +4)
Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır

14 İyul 2020, 14:36 (GMT +4)
Kərim Vəliyev: Düşmənin 100-ə qədər canlı qüvvəsi və çoxlu texnikası məhv edilib

14 İyul 2020, 14:18 (GMT +4)
AQTA 76 iaşə və ərzaq satışı müəssisəsində qayda pozuntusu aşkarlayıb

14 İyul 2020, 14:15 (GMT +4)
ABŞ-da hərbi gəmidə yanğın nəticəsində 59 nəfər xəsarət alıb

14 İyul 2020, 13:58 (GMT +4)
İranda ABŞ-a cəsusluqda ittihamlandırılan sabiq Müdafiə Nazirliyi işçisi edam edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66