Son 5 gündə üçüncü dəfə olaraq İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb05 May 2020, 09:13 (GMT +4) Bakı, 5 may, SalamNews, B.Samid. Suriyanın Hələb əyalətində bir sıra obyektlər hava zərbələrinə məruz qalıb.
SalamNews Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir ki, İsrail təyyarələri ötən gecə Hələbin cənub-şərqində əs-Sfera bölgəsində hərbi obyektlər və bir araşdırma mərkəzinə hava zərbələri endirməyə çalışıb.
Havadan müdafiə sistemləri hərəkətə keçib və Hələb səmasında bəzi raketlər vurulub.
Dəymiş maddi ziyanların miqdarı araşdırılır.
Bu hava zərbələrində canlı itkilərin olması barədə hələ məlumat yoxdur.
Qeyd edək ki, bu, son 5 gün ərzində Suriya ərazisinə edilən üçüncü təcavüzdür.
|