ÜST başçısı koronavirusa qarşı ən yaxşı qoruyucu vasitələrdən birinin adını açıqlayıb 05 May 2020, 11:23 (GMT +4) Bakı, 5 may, SalamNews. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus, koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən birinin əllərin yuyulması olduğunu bildirib.
"Sadəcə əllərinizi yumaq həyat və ölüm arasındakı sərhəd ola bilər", Gebreyesus vurğulayıb.
Onun sözlərinə görə, bu tədbir COVID-19 və bir çox xəstəliklərdən qorunmaq üçün ən vaciblərindən biri olaraq qalır. O həmçinin qeyd edib ki, 5 may Ümumdünya Əlyuma Gigiyena Günü olduğunu da xatırladıb.
SalamNews TASS-a istinadən xəbər verir ki, Gebreyesus, dünyada milyonlarla insanın əllərini daim yumaq imkanına sahib olmadığını bildirib.
"Buna görə sabun, su və alkoqol yuyucu vasitələrə sərmayənin kəskin artması koronavirus pandemiyası və digər xəstəliklərə qarşı mübarizədə kömək edəcək", o deyib.
|