Lukaşenko dövlət başçılarını Minskdəki Zəfər Paradına dəvət edib05 May 2020, 15:56 (GMT +4) Bakı, 5 may, SalamNews. Belarusiya Prezidenti Aleksandr Lukaşenko keçmiş SSRİ dövlət başçılarını Minskdəki Qələbə Paradına dəvət edib.
"Mən dövlət başçılarını Minskə gəlməyə dəvət edirəm", o deyib.
Lukaşenkonun sözlərinə görə, Belarusiya İkinci Dünya Müharibəsi illərində ən çox əziyyət çəkən və praktiki olaraq "yer üzündən silinən" ölkədir.
SalamNews xəbər verir ki, Belarus lideri, 9 may Qələbə günü paradını koronavirus infeksiyasının yayılmasına baxmayaraq ləğv edə bilməyəcəyini açıqlamışdı.
|