Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

06 May 2020, 16:57 (GMT +4)

Bakı, 6 may, SalamNews.Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Erasmus+” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alan BANM tələbələri ilə onlayn görüş keçirib.

BANM-dan SalamNews-a verilən məlumata görə, onlayn görüşdə Ali Məktəbin Bolqarıstanın “Angel Kançev” adına Ruse, Yunanıstanın Qərbi Attika və İspaniyanın Alkala universitetlərində təhsil alan tələbələri, həmçinin, “Erasmus +” və Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Nərgiz Tarıverdiyeva və mütəxəssisi Cəmilə Əskərova iştirak edib.

Rektor Elmar Qasımov bütün dünyada, eləcə də Avropada hazırki çətin vəziyyətə baxmayaraq, təhsillərini əzmlə davam etdirən tələbələri təbrik edib. O, tədris müddətinin bir qismini geridə qoyan tələbələrin iyun ayında təhsillərini uğurla başa vuracaqlarına əminliyini ifadə edib.

Rektor ümumilikdə, 2019-2020-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasından 15 tələbənin “Erasmus +” mübadilə proqramı çərçivəsində təhsillərini Avropada davam etdirdiyini qeyd edib.

E.Qasımov bildirib ki, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, sağlamlıq və təhlükəsizliyə nəzarətin gücləndirilməsi, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə BANM-in “Erasmus +” və Beynəlxalq Proqramlar Ofisi tərəfindən tələbələrin təhsil aldıqları universitetlərlə sıx əlaqələr qurulur.

Mütəmadi olaraq tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsindəki vəziyyəti ilə bağlı məlumatlar əldə olunaraq təhlil olunur. Bütün bunlara baxmayaraq, Rektor tələbələrə şəxsi gigiyena, həmçinin, yaşadıqları ölkədə tətbiq edilən karantin qaydalarına əməl etməyi və qidalanmalarına diqqət yetirməyi tövsiyə edib.

Tələbələr də öz növbəsində məskunlaşdıqları ölkədəki karantin rejimin qaydalarına ciddi əməl etdiklərini, təhsil aldıqları universitetlər tərəfindən təşkil edilən onlayn dərslərdə fəal iştirak etdiklərini, dərslərə və imtahanlara səylə çalışdıqlarını qeyd ediblər. Eyni zamanda, onlar özlərini yaxşı hiss etdiklərini və sağlamlıqlarında heç bir narahatlığın olmadığını vurğulayıblar.

Qeyd edək ki, Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbələri Azər Əliyev, Fidan Abbaszadə, Emil Nağızadə, Tərlan Əhədli Bolqarıstanın "Angel Kançev" adına Ruse Universitetində, Həmidə Əliyeva, Kamran Alcanov, Toğrul Nəbili, Ömər Məmmədov Yunanıstanın Qərbi Attika Universitetində, eyni ixtisasın III kurs tələbələri Müjgan Hüseynli, Yaqut Bədəlova, Yaqut Şəkizadə, Mahirə Əsədzadə, Ayxan Haqverdiyev, Şəms Əliyeva və Sənan Həsənov isə İspaniyanın Alkala Universitetində təhsil alırlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbə təşkilatlarının sədrləri ilə görüş keçirib

Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

Elmar Qasımov I qrup üzrə ən yüksək bal toplayan tələbələrlə görüşüb

Elmar Qasımov “Petkim”in nümayəndələri ilə onlayn görüş keçirib

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirib

Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə görüşüb

Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb

Elmar Qasımov BANM-in bir qrup Prezident təqaüdçüsü ilə görüşüb

Elmar Qasımov SPE prezidenti ilə görüşüb

Elmar Qasımov: Bakı Ali Neft Məktəbi bu ildən xarici tələbələri qəbul edəcək

BANM rektoru Elmar Qasımov 700 bal toplayan abituriyentlərlə görüşüb

Elmar Qasımov: Bəzi qurumlar var ki, xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparır

BANM rektoru Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşüb

Azərbaycan cüdoçusu Elmar Qasımov “Rio-2016”da gümüş medal qazanıb (FOTO)

Heç bir ali məktəb dini cərəyanlara qoşula bilməz - Elmar Qasımov

BANM rektoru Elmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim olunub

Elmar Qasımov Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

Elmar Qasımova ilin “Ən yaxşı rektor”u diplomu təqdim olunub

Rektor Elmar Qasımov Heriot-Vatt Universitetinin nümayəndələri ilə görüşüb

Elmar Qasımov YAP-ın səlahiyyətli nümayəndəsi olub

26 Fevral 2021, 00:56 (GMT +4)
Fransalı məşqçi ABŞ klubundan ayrılıb

25 Fevral 2021, 21:05 (GMT +4)
"Qarabağ" Xocalı soyqırımını xüsusi forma ilə yad edib - (FOTO)

25 Fevral 2021, 20:29 (GMT +4)
Ayxan Abbasov: “Qəbələ” bizdən daha istəkli idi

25 Fevral 2021, 20:17 (GMT +4)
"Neftçi" Zirədə uduzub, "Qarabağ" minimal hesablı qələbə qazanıb

25 Fevral 2021, 18:00 (GMT +4)
“Azərkosmos” “View Satellite Network” şirkəti ilə əməkdaşlığa başlayıb

25 Fevral 2021, 17:50 (GMT +4)
Ermənistanda müxalifət lideri parlamentin yaxınlığında barrikadalar qurmağa çağırıb

25 Fevral 2021, 17:50 (GMT +4)
Gömrükçülər nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb

25 Fevral 2021, 17:38 (GMT +4)
BirBank vasitəsilə ölkədə ilk dəfə Mastercard kartları ilə NFC ödənişlər etmək mümkün oldu

25 Fevral 2021, 17:28 (GMT +4)
Ermənistan SQ Baş Qərargahı yenidən bəyanat yayıb

25 Fevral 2021, 17:18 (GMT +4)
"Bakcell" onlayn iş və təhsil üçün nəzərdə tutulmuş xüsusi internet paketini istifadəyə verib

25 Fevral 2021, 17:14 (GMT +4)
“Qarabağ” AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb

25 Fevral 2021, 17:11 (GMT +4)
Almaniya hərbi qüvvələrinin Əfqanıstanda qalma müddətini artırıb

25 Fevral 2021, 17:08 (GMT +4)
Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb

25 Fevral 2021, 16:54 (GMT +4)
Paşinyan İrəvandakı çıxışı zamanı hərbçilərə müraciət edib

25 Fevral 2021, 16:51 (GMT +4)
Prezident: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı

25 Fevral 2021, 16:27 (GMT +4)
Azərbaycan Prezidenti: “Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb”

25 Fevral 2021, 16:23 (GMT +4)
Rusiya və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı baş tutub

25 Fevral 2021, 16:11 (GMT +4)
Azərbaycanda daha 4 dövlət əmlakı özəlləşdirilib

25 Fevral 2021, 15:58 (GMT +4)
Türkiyə Ermənistandakı çevriliş cəhdini qətiyyətlə pisləyir - Çavuşoğlu

25 Fevral 2021, 15:54 (GMT +4)
Cəbrayılda daha bir mülki şəxs minaya düşüb

25 Fevral 2021, 15:43 (GMT +4)
Rusiyada son sutkada 440-dan çox insan koronavirusdan ölüb

25 Fevral 2021, 15:38 (GMT +4)
ETSN: Azərbaycanda dağlıq ərazilərdə martın əvvəlində qarölçmə işlərinə başlanılacaq

25 Fevral 2021, 15:22 (GMT +4)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib

25 Fevral 2021, 15:16 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 60 minə yaxınlaşır

25 Fevral 2021, 15:10 (GMT +4)
Peskov: Kreml Ermənistandakı vəziyyətin gedişatını həyəcanla izləyir

25 Fevral 2021, 15:03 (GMT +4)
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib 

25 Fevral 2021, 15:00 (GMT +4)
Güləşçilərimiz Kiyev turnirində mübarizəyə başlayır

25 Fevral 2021, 14:52 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

25 Fevral 2021, 14:41 (GMT +4)
Paşinyan Respublika Meydanında tərəfdarlarının qarşısına çıxıb

25 Fevral 2021, 14:38 (GMT +4)
Azərbaycan tərəfi Lüksemburq XİN başçısına cavab verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66