Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Xarici ticarətin aparılması" indikatoru üzrə onlayn iclas keçirilib

08 May 2020, 16:52 (GMT +4)

Bakı, 8 may, SalamNews. Dövlət Gömrük Komitəsində biznes mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə "Xarici ticarətin aparılması" indikatoru üzrə icra olunmalı tədbirlərə dair onlayn iclas keçirilib.

İclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və müvafiq idarələrin rəisləri iştirak ediblər.

DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə makroiqtisadi sabitlik əldə olunub, iqtisadi dayanıqlıq təmin edilib. Son illər bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan uğurlu islahatlar əlverişli biznes mühitinin yaradılması, beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasına şərait yaradıb.

İsmayıl Hüseynov qeyd edib ki, bütün dünyada koronavirus pandemiyası iqtisadiyyata təsirsiz ötüşməyib. Koronavirusun təsiri ticarət dövriyyəsində azalmalara da səbəb olub. Buna baxmayaraq, Prezident İlham Əliyevin yeni vəziyyətə çevik və adekvat reaksiyası nəticəsində, pandemiyanın ölkəmizə vura biləcəyi zərərlər minimuma endirilib, qabaqlayıcı tədbirlər görülüb. Məhz belə addımlar sayəsində bu gün Azərbaycan pandemiya ilə mübarizədə daha az zərərlə üzləşən ölkə kimi qəbul edilir.

Komitə sədrinin birinci müavini onu da qeyd edib ki, koronavirusla əlaqədar ölkəmizin bütün sərhədlərində sərnişinlərin və yüngül minik nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulsa da, idxal-ixrac əməliyyatları və tranzit yükdaşımaları maneəsiz həyata keçirilir. Pandemiyaya qarşı mübarizədə fədakarlıq göstərən gömrük əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.

Sonra biznes mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə "Xarici ticarətin aparılması" indikatoru üzrə icra olunmalı tədbirlərdən bəhs edən İsmayıl Hüseynov "Yaşıl dəhliz" buraxılış sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi barədə fikirlərini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra qeyd olunub ki, aşağı risk qrupu və sadələşdirilmiş buraxılış qaydalarına əsasən ixrac və idxal üzrə sərhəd-keçid vaxtının azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi həm gömrük orqanları, həm də biznes subyektləri üçün vaxt və vəsaitə qənaət baxımından əlverişli imkanlar yaradacaq.

İclasda idxal-ixrac əməliyyatları üzrə sənədləşməyə dair xərclərin və vaxtın optimallaşdırılması istiqamətində müvafiq işlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub, qanunvericilik və inzibatçılıq qaydaları barədə sahibkarların təlimlərə, o cümlədən onlayn treninqlərə cəlb edilməsi məsələlərinin intensivləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

İclasda, həmçinin gömrük təmsilçiliyi institutunun formalaşdırılması, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması istiqamətlərində görülən işlər barədə də müzakirələr aparılıb. Eyni zamanda, "Xarici ticarətin aparılması" indikatoru üzrə icra olunmalı tədbirlərdən ən əsası - broker xidmətləri xərclərinin optimallaşdırılması məsələləri də müzakirə olunub və Komitənin aidiyyəti qurumlarına gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şirkətlərlə bu istiqamətdə iş aparılmasına dair tapşırıqlar verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

DGK: Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz

DGK sədri Ümumdünya Gömrük Təşkilatının videokonfransına qatılıb

DGK-də vətəndaşların qəbulunda müəyyən məhdudiyyətlər olacaq

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

DGK: Yanvarda əczaçılıq məhsullarının idxalı artıb

DGK narkotik vasitələrin realizə edilməsinin qarşısını alıb

"Könüllü gömrükçü"lər DGK-nin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar

DGK sədrinin sərəncamı ilə gömrük postlarına əlavə həkim briqadası cəlb edilib

DGK sədri GUAM-ın baş katibi ilə görüşüb

DGK avtomobildə gizlədilən siqaretləri aşkara çıxarıb

DGK sədri: Şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub

DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

DGK ilə CEC-nin birgə işçi qrupunun toplantısı keçirilib

DGK rəhbərliyi Xaçmaz, Qusar və Şabranda vətəndaşları qəbul edib

DGK və “Caspian European Club” B2G Forum təşkil edib

DGK sədri: Bu il 800 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DGK gömrük postunda yaranan sıxlıqla bağlı məlumat yayıb

DGK bəzi KİV-də yayılan məlumatlara rəsmi aydınlıq gətirib

DGK sədri Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək

03 İyun 2020, 13:01 (GMT +4)
Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

03 İyun 2020, 12:43 (GMT +4)
Qazaxda top mərmisi aşkarlanıb

03 İyun 2020, 12:22 (GMT +4)
Tripolidə hava limanı uğrunda döyüşlər yenidən baş qaldırıb (VİDEO)

03 İyun 2020, 12:20 (GMT +4)
AP: Çin koronavirusla bağlı ÜST-ə məlumat verməyi qəsdən gecikdirib  

03 İyun 2020, 12:15 (GMT +4)
DİM: Ali məktəblərə ərizə qəbulu iyulun 10-dək uzadılıb

03 İyun 2020, 12:08 (GMT +4)
Baş Prokurorluq: Daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb

03 İyun 2020, 11:56 (GMT +4)
Senatda Trampı pisləyən qətnamə blok edilib

03 İyun 2020, 11:43 (GMT +4)
DİM buraxılış imtahanında iştirak edənlərə müraciət edib

03 İyun 2020, 11:33 (GMT +4)
ABŞ-ın xristian dini liderləri Trampın kilsə qarşısından bəyanat verməsini tənqid ediblər

03 İyun 2020, 11:30 (GMT +4)
Bakı küçələrində yenidənqurma işləri aparılır

03 İyun 2020, 11:17 (GMT +4)
Corc Floyd gələn həftə Hyustonda dəfn ediləcək

03 İyun 2020, 11:15 (GMT +4)
Müəllimlərin yay məzuniyyəti əvvəlki illərdə olduğu müddətdən başlayacaq

03 İyun 2020, 11:13 (GMT +4)
Gömrük Hospitalının həkimi canlı yayımda çıxış edəcək

03 İyun 2020, 11:01 (GMT +4)
Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb (FOTOLAR)

03 İyun 2020, 10:49 (GMT +4)
Pentaqon etiraz aksiyalarına görə Vaşinqton ərazisinə 1,6 min hərbçi göndərib

03 İyun 2020, 10:42 (GMT +4)
Husilərin dəstəklədiyi Yəmən hökumətinin tanınmış rəsmisi koronavirusdan vəfat edib

03 İyun 2020, 10:40 (GMT +4)
Penitensiar Xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirib

03 İyun 2020, 10:22 (GMT +4)
Baş Prokurorluq 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib

03 İyun 2020, 10:13 (GMT +4)
Komendant saatına baxmayaraq Nyu Yorkda etiraz aksiyaları davam edir

03 İyun 2020, 10:00 (GMT +4)
Paytaxtda ekspres xətlərlə daşınan sərnişinlərin sayı açıqlanıb

03 İyun 2020, 09:51 (GMT +4)
Əfqanıstan paytaxtında məsciddə partlayış törədilib, məscidin imamı həyatini itirib (FOTO)

03 İyun 2020, 09:48 (GMT +4)
Bakıda ekspres marşrut xətləri üzrə sərnişindaşımalar dayandırılır

03 İyun 2020, 09:37 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı azı 11 nəfər ölüb

03 İyun 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

03 İyun 2020, 09:18 (GMT +4)
ABŞ-da etiraz aksiyaları 250 şəhərə və 23 xarici ölkəyə sirayət edib (VİDEO)

03 İyun 2020, 09:15 (GMT +4)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 6,1 milyonu keçib

03 İyun 2020, 09:15 (GMT +4)
Prezident İlham Əliyev vergi güzəştləri ilə bağlı qərarı təsdiqləyib

03 İyun 2020, 09:12 (GMT +4)
Azərbaycan neftinin qiyməti 40 ABŞ dollarını ötüb

03 İyun 2020, 07:32 (GMT +4)
İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66