Son sutka ərzində Ermənistanda 163 nəfər koronavirusa yoluxub06 May 2020, 16:42 (GMT +4) Bakı, 6 may, SalamNews. Son 24 saat ərzində Ermənistanda 163 nəfərdə koronavirus infeksiyasına yoluxma aşkar edilib.
SalamNews xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" xəbər verir.
Qeyd olunur ki, Ermənistanda koronavirusa yoluxanların sayı 2782 nəfərə çatıb.
Bu günə qədər 1335 nəfər müalicə edilərək sağalıb, 40 nəfər ölüb.
|