Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub

07 May 2020, 14:02 (GMT +4)

Bakı, 7 may, SalamNews. “Əminəm ki, münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub”.

SalamNews xəbər verir ki, bunu Prezident İlham Əliyev “Mir” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir: “Bu, həqiqətən belədir. Çünki münasibətlərimizin yalnız geniş gündəliyinə nəzər salsaq, biz həyat fəaliyyətinin, demək olar, bütün sahələrini görərik. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir. Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir”.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır.

“Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir. Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik. Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq”, - deyə dövlət başçısı qeyd edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

İqtisadiyyat Nazirliyində bir sıra kadr təyinatları aparılıb

İqtisadiyyat Nazirliyinə 27 mindən çox vergi ödəyicisi müraciət edib

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

İqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək

İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC yeni sosial layihəyə start verib

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Qazaxıstanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırıb

İqtisadiyyat Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat Nazirliyində “Diqlas”dakı yanğından zərər çəkmiş 441 sahibkar qəbul edilib

İqtisadiyyat Nazirliyi ilə Gömrük Komitəsi anlaşma memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 10 mindən çox müraciət daxil olub

İqtisadiyyat Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

02 İyun 2020, 14:00 (GMT +4)
Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66