Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib

07 May 2020, 17:45 (GMT +4)

Bakı, 7 may, SalamNews. Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2020-ci il üçün ikinci iclası onlayn formatda keçirilib.

İclasda Fondun Müşahidə Şurasının gündəliyində duran məsələlər müzakirə edilmiş, hazırda Fond tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi”nə 1 may tarixinə qədər daxil olmuş layihə təkliflərinə baxılmışdır. Xüsusi karantin dövrünü gənclər üçün faydalı və əyləncəli etmək məqsədilə elan edilmiş müsabiqə çərçivəsində gənclər “#evdəqal” çağırışına uyğun olaraq, sosial şəbəkələrdə virtual çağırış və təşviqetmə aksiyaları, sosial şəbəkə və paylaşım platformalarında əyləncəli kontentlərin yaradılması, faydalı və maarifləndirici video çarxların hazırlanması və digər onlayn icrası mümkün təşəbbüslərini təqdim etmək imkanı əldə etmişlər.Təqdim edilən layihələr Müşahidə Şurası tərəfindən nəzərdən keçirilərək, seçim meyarlarına cavab verən layihələr müəyyən edilmiş, onların onlayn şəraitdə icra imkanı, icra planı, büdcəsi və icra müddətinin müəyyən edilməsi məqsədilə layihə müəllifləri ilə əlaqə saxlanılması Fonda tapşırılıb.

Eyni zamanda, gənclər təşkilatları üçün elan edilmiş 14-cü qrant müsabiqəsinə təqdim edilmiş layihələrin mövcud vəziyyətə uyğunlaşdırılaraq icrası imkanlarının araşdırılması məqsədilə Gənclər Fondu tərəfindən təşkilatlarla müzakirələrin təşkil edilməsinədair tapşırıq verilmişdir.
İclas zamanı həmçinin, pandemiya dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərdə fəal iştirakla bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab olaraq, könüllü təşkilat və hərəkatları tərəfindən 27 mart tarixində təsis edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyəti ilə bağlı təqdimat keçirilmişdir. Qeyd olunmuşdur ki, hazırda 18 könüllü təşkilatı və hərəkatını özündə birləşdirən Mərkəz, onun üzvləri arasında əlaqələndirməni həyata keçirməklə fəaliyyətin səmərəliliyinin artırılması funksiyasını daşıyır. Üzvlərin qərarına əsasən Mərkəzin katibliyi Gənclər Fondunda yerləşir. Təsis edildiyi dövrdən etibarən AKƏM çərçivəsində “Böyüklərimizi Qoruyaq”, “Könüllü Qonşu” və “Könüllü Donor” aksiyaları ölkənin 50-dən artıq şəhər və rayonunda 4 minə yaxın könüllünün iştirakı ilə keçirilməkdədir. AKƏM-in hazırkı fəaliyyəti əsas etibarilə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən atılan addımlara dəstək vermək, ahıl və kimsəsiz vətəndaşlara yardım etmək, bu sahədə dövlət qurumlarına köməklik göstərməkdən ibarətdir.
Gənclər Fondunun Xaricdə Təhsil Proqramı çərçivəsində hazırda təhsillərini davam etdirən tələbələrlə bağlı müzakirələrdə bildirildi ki, Fond tərəfindən tələbələrlə mütəmadi əlaqə saxlanılır və onların təhsil prosesi yaxından izlənilir. Xaricdə Təhsil Proqramı çərçivəsində ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Norveç və Rusiya Federasiyasının aparıcı universitetlərində gənclərin təhsil alması dövlət tərəfindən dəstəklənir.

İclasda COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı 10 aprel 2020-ci il tarixində Fond və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə icrasına başlanılmış “Gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə” layihəsi ilə bağlı təqdimat keçirilmişdir. Qeyd olunmuşdur ki, layihə çərçivəsində sosial platformalardan istifadə etməklə müxtəlif tipli media məhsulları vasitəsilə ictimaiyyətin maarifləndirilməsi, habelə sosial təcrid vəziyyətində mümkün psixoloji gərginliyin azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, təlim materiallarını yaymaqla təhsilin davam etdirilməsi, gənclər üçün multimediya məzmunlu əyləncə, karantin zamanı valideynin davranış qaydaları haqqında məlumatlandırma və s. proqramlar həyata keçirilir.

İclasda post-pandemiya dövründə Gənclər Fondunun fəaliyyətinin əsas istiqamətləri üzrə də müzakirələr aparılmışdır. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, karantin rejiminin tətbiqi nəticəsində zərər çəkən əhali qruplarının və biznes sahələrinin müdafiəsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət qurumları tərəfindən təsirli tədbirlərinhəyata keçirilməsininbu dövrün tezliklə başa çatacağına, ölkəmizin sosial-iqtisadi inkişafının əvvəlki templərlə davam edəcəyinə əminlik yaratdığı qeyd olunmuş və Gənclər Fondunun gələn aylar üçün fəaliyyət planında bu amilin nəzərə alınması zərurəti vurğulanıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər Fondu gənclər təşkilatları ilə növbəti onlayn görüş keçirib

Gənclər Fondu yeni maarifləndirmə kampaniyasına start verib

Azərbaycan Gənclər Fondu gənclərə müraciət edib

Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

Gənclər Fondu xaricdə təhsil alan tələbələrlə bağlı məlumat yayıb

Gənclər Fondunun qrant müsabiqəsi elan edilib

Azərbaycan Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Fonduna 4 milyon manat ayrılıb

Gənclər Fondu “GəncLİK” proqramının üçüncü seçim mərhələsinin nəticələrini açıqlayıb

Gənclər Fondu müsabiqənin nəticələrini açıqlayıb

Gənclər Fondu 13-cü qrant müsabiqəsini elan edib

Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edib

SalamNews Gənclər Fondu tərəfindən təltif edilib

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

Gənclər Fondu yazı müsabiqəsinin nəticələrini elan edib

Gənclər Fondu növbəti müsabiqə elan edib

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

03 İyun 2020, 14:12 (GMT +4)
ABC: Nyu Yorkda atışma nəticəsində bir nəfər ölüb

03 İyun 2020, 14:05 (GMT +4)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

03 İyun 2020, 14:04 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib

03 İyun 2020, 13:59 (GMT +4)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03 İyun 2020, 13:53 (GMT +4)
Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq

03 İyun 2020, 13:31 (GMT +4)
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

03 İyun 2020, 13:30 (GMT +4)
Gömrükçülər 545 kiloqram heroin aşkar edib

03 İyun 2020, 13:12 (GMT +4)
Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib

03 İyun 2020, 13:07 (GMT +4)
Ayətullah Xamenei ABŞ-dakı etirazlar və toqquşmalara maraqlı münasibət bildirib

03 İyun 2020, 13:01 (GMT +4)
Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

03 İyun 2020, 12:58 (GMT +4)
Moskvada koronavirusdan sağalanların sayı 90 min nəfəri keçib

03 İyun 2020, 12:43 (GMT +4)
Qazaxda top mərmisi aşkarlanıb

03 İyun 2020, 12:22 (GMT +4)
Tripolidə hava limanı uğrunda döyüşlər yenidən baş qaldırıb (VİDEO)

03 İyun 2020, 12:20 (GMT +4)
AP: Çin koronavirusla bağlı ÜST-ə məlumat verməyi qəsdən gecikdirib  

03 İyun 2020, 12:15 (GMT +4)
DİM: Ali məktəblərə ərizə qəbulu iyulun 10-dək uzadılıb

03 İyun 2020, 12:08 (GMT +4)
Baş Prokurorluq: Daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb

03 İyun 2020, 11:56 (GMT +4)
Senatda Trampı pisləyən qətnamə blok edilib

03 İyun 2020, 11:43 (GMT +4)
DİM buraxılış imtahanında iştirak edənlərə müraciət edib

03 İyun 2020, 11:33 (GMT +4)
ABŞ-ın xristian dini liderləri Trampın kilsə qarşısından bəyanat verməsini tənqid ediblər

03 İyun 2020, 11:30 (GMT +4)
Bakı küçələrində yenidənqurma işləri aparılır

03 İyun 2020, 11:17 (GMT +4)
Corc Floyd gələn həftə Hyustonda dəfn ediləcək

03 İyun 2020, 11:15 (GMT +4)
Müəllimlərin yay məzuniyyəti əvvəlki illərdə olduğu müddətdən başlayacaq

03 İyun 2020, 11:13 (GMT +4)
Gömrük Hospitalının həkimi canlı yayımda çıxış edəcək

03 İyun 2020, 11:01 (GMT +4)
Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb (FOTOLAR)

03 İyun 2020, 10:49 (GMT +4)
Pentaqon etiraz aksiyalarına görə Vaşinqton ərazisinə 1,6 min hərbçi göndərib

03 İyun 2020, 10:42 (GMT +4)
Husilərin dəstəklədiyi Yəmən hökumətinin tanınmış rəsmisi koronavirusdan vəfat edib

03 İyun 2020, 10:40 (GMT +4)
Penitensiar Xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirib

03 İyun 2020, 10:22 (GMT +4)
Baş Prokurorluq 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib

03 İyun 2020, 10:13 (GMT +4)
Komendant saatına baxmayaraq Nyu Yorkda etiraz aksiyaları davam edir

03 İyun 2020, 10:00 (GMT +4)
Paytaxtda ekspres xətlərlə daşınan sərnişinlərin sayı açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66